Ermənistanda koronavirus: Əhali sayına görə ölənlər çoxdur

© AP Photo / Evgeniy MaloletkaБольной коронавирусом, фото из архива
Больной коронавирусом, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 216 milyonu keçib, 4,50 milyondan çox adam isə virus səbəbilə ölüb.
BAKI, 11 sentyabr — Sputnik. Ermənistanda daha 731 nəfər COVID-19-a yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Qeyd olunub ki, Ermənistanda koronavirusa yoluxanların sayı 248397-yə çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4995-ə çatıb.
Koronavirusa yoluxan 232041 nəfər isə sağalıb. Hazırda 10188 pasiyent xəstəxanalarda müalicə olunur.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 216 milyonu keçib, 4,50 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 
Xəbər lenti
0