Taliban* Əfqanıstandan gizli sənədlərin çıxarılması barədə xəbərləri təkzib edib

© AFP 2023 / AAMIR QURESHIБоевик движения "Талибан" (террористическая группировка, запрещеннфая в РФ)
Боевик движения Талибан (террористическая группировка, запрещеннфая в РФ)  - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Taliban* bildirib ki, Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb.
BAKI, 11 sentyabr — Sputnik. Taliban* hərəkatı humanitar yardım göstərən Pakistan təyyarələrində Kabildən gizli sənədlərin və kompüterlərin çıxarılması xəbərini təkzib edib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mənbə RİA Novosti-yə bildirib.
Bu yaxınlarda Pakistan Əfqanıstana humanitar yardım təyyarəsi göndərib.
"Bu təbliğatdır. Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb", - deyə mənbə bildirib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
Xəbər lenti
0