Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hərbi çevriliş alüminiumun qiymətini kəllə-çarxa qaldırdı: qazanan kim olacaq?

© AFP 2023 / CELLOU BINANIСитуация в Гвинее
Ситуация в Гвинее - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Qvineyada hakimiyyəti ələ keçirən Mamadi Dumbuya dağ-mədən şirkətlərini işi davam etdirməyə çağırıb və əmin edib ki, hökumətlə bağladıqları razılaşmaya əməl olunacaq, amma bu istehsalçıları bir o qədər də sakitləşdirməyib.
BAKI, 10 sentyabr — Sputnik. London birjasında alüminiumun qiyməti otuz illik maksimuma çatıb – bir tonu 2837,5 dollara satılır. Qiymət artımına boksit tədarükçülərini təhdid edən Qvineyadakı hərbi çevriliş səbəb olub. Dünya bazarındakı alüminumun dördə bir hissəsi bu Afrika ölkəsinin payına düşür.
Rusiyanın alüminium istehsal edən "Rusal" şirkətinin Qvineydakı boksit mədənləri ilə birbaşa əlaqəsi var. RİA Novosti sözügedən yüngül metalın qiyməti və yerli istehsalın aqibəti maraqlanıb.
Sürəti artırdılar
Alüminium ilin əvvəlindən bu yana təxminən 40 faiz bahalaşıb. Bu metaldan kosmik, hava və avtomobil texnikası, inşaat da daxil olmaqla, demək olar ki, bütün sahələrdə istifadə olunur. Bundan başqa, alüminium ən geniş yayılmış qablaşdırma materialıdır: məişət əşyalarından tutmuş folqaya bükülmüş dondurmaya kimi.
Ancaq bu yüngül metalın istehsalı xeyli elektrik enerjisi tələb edir. Üstəlik, atmosferi də çirkləndirir, bu baxımdan dünyadakı alüminiumun yarısının istehsal olunduğu Çində vəziyyət daha gərgindir.
ÇXR mövcud istehsalatı ciddi nəzarətdə saxlayaraq və tədricən idxalçıya çevrilərək karbon qazı tullantılarını azaltmağa çalışır.
"Tədarükün 20 faizini təmin edən Sincan əyalətində avqustun sonlarında beş zavodda istehsal məhdudlaşdırılıb", – deyə "TeleTrade" mərkəzinin baş iqtisadçısı Mark Qoyxman vurğulayır.
Rusiya isə avqust ayından etibarən bir ton üçün 254 dollardan az olmamaq şərti qiymətin 15 faizi qədər ixrac rüsumu tətbiq etməyə başlayıb.
"Bu səbəbdən "Rusal" az rentabelli müəssisələri bağlamaq niyyətində olduğunu açıqlamışdı. İtki milyon dollarlarla ölçülür. Treyderlər qiymətlərə artan nəqliyyat xərclərini və 2024-cü ilə qədər səkkiz milyon tona çata biləcək gözlənilən kəsiri də daxil edirlər. Tələbat isə ildə üç faiz artacaq.
İlk yarım ildə dünyada alüminiuma tələbat 12 faiz artıb. İstehsal isə cəmi 5,7 faiz çoxalıb.
Afrika faktoru
Qiymətlərə Qvineyadakı hərbi çevriliş də öz təsirini göstərib. Afrikanın qərbində yerləşən bu ölkə əsas boksit tədarükçüsüdür.
"Qvineya Avstraliya və Çindən sonra xammal hasilatında dünyada üçüncü yeri (illik 50 min ton), təsdiq edilmiş ehtiyatlar baxımından (7,4 milyard ton) isə birinci yeri tutur", - deyə "AMarkets" analitik departamentinin rəhbəri Artyom Deyev xatırladır.
Qvineya hökumətinin məlumatına görə, ötən il 84,2 milyon ton boksit ixrac olunub. Yüngül metalın çox hissəsi Çinə göndərilib. Odur ki, bu respublikadan tədarükün istənilən səbəbdən axsaması alüminium bazarını silkələyə bilər.
Qvineyada hakimiyyəti ələ keçirən hərbçi Mamadi Dumbuya dağ-mədən şirkətlərini işi davam etdirməyə çağırmışdı. O, şirkətləri əmin etmişdi ki, hökumətlə bağladıqları razılaşmaya əməl olunacaq. Amma bu istehsalçıları bir o qədər də sakitləşdirməyib.
Qvineyada "Kindia Boksit Şirkəti"nə, ildə üç milyon ton istehsal həcminə malik "Dian-Dian" mədəninə və "Friguia" boksit-alüminium kompleksinə sahib "Rusal" şirkətində də narahatlıq hökm sürür.
Əməliyyat hesabatlarına görə, ilin ilk yarısında bu, Qvineya müəssisələri 3,8 milyon ton boksit istehsal edib.
Dövlət çevrilişindən sonra Moskva birjasında "Rusal"-ın səhmləri təxminən 7 faiz bahalaşaraq 66,75 rubla çatıb. Ancaq sonra qiymət aşağı düşməyə başlayıb.
"Əgər hasilatla bağlı problemlər davam edərsə, şirkət istehsalı əhəmiyyətli dərəcədə azalda bilər. Amma bundan bütün dünya zərər çəkəcəyi üçün qiymət artımı ziyanın qarşısını alacaq", – deyə "PFL Advisors" investisiya şirkətinin idarəedici tərəfdaşı Fyodor Naumov vurğulayır.
"Rusal"ın səhmlərinin dəyərini yalnız alüminiumun qiyməti müəyyənləşdirmir. İnvestorlarla əlaqələr də öz təsirini göstərir. Əgər şirkət dividend ödəsəydi, qiymət təxminən 100 rubl civarında ola bilərdi. İndi bazarda gedən müsbət proseslərə baxmayaraq, "Rusal" bunu etmir, çünki şirkətin mülkiyyətçisi Oleq Deripaska sanksiyalar səbəbindən vəsait ala bilmir", – deyə o qeyd edib.
Hərbi nəzarət
Rusiya ixracının 40 faizindən çoxu ABŞ və Türkiyəyə gedir. Emal edilməmiş metal bazarında Rusiya 17 faiz payla birinci yeri tutur. İkinci yerdə 15 faizlə Kanada, üçüncü yerdə isə 10 faizlə Avstraliyadır. Lakin xammalsız heç nə satmaq olmur. Burada Qvineya əsas həlqədir. Ölkədəki siyasi qeyri-sabitlik boksitlərin tədarükündə ləngimələrə səbəb ola bilər. "Ancaq yəqin ki, onlar qısamüddətli olacaq. Ona görə də qiymətlərə ciddi təsiri gözləmək lazım deyil", - Mark Qoyxman düşünür. Dövlət çevrilişinin əsas məqsədlərindən biri alüminium bazarına nəzarətdir. Ona görə də xunta yəqin ki, mümkün qədər tezliklə xammalın xaricdəki əsas alıcıları ilə münasibətləri qurmağa çalışacaq. Ancaq əgər respublikada ikihakimiyyətlilik ortaya çıxsa, daxili münaqişə uzanacaq. Onda tədarüklə bağlı problemlər qaçılmazdır.
Bu arada, yüksək tələbat qiyməti qaldırmağa davam edir. Sentyabrda alüminium bir tona görə üç min dollardan baha olacaq. İlin sonunadək qiymət daha da aratacaq. Lakin avqust-sentyabrdakı maksimum bir daha təkrarlanmayacaq.
Xəbər lenti
0