Taliblər Vaşinqtonun Dohada əldə etdiyi razılaşmanın pozulduğunu bildiriblər

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidВид на столицу Катара — город Доха
Вид на столицу Катара — город Доха - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Pentaqon rəsmiləri qeyd ediblər ki, İslam Əmirliyi Nazirlər Kabinetinin bəzi üzvləri (taliblərin siyasi sisteminin adı - red.) və ya mərhum Haqqani Sahibin ailə üzvləri ABŞ-ın qara siyahısındadırlar.
BAKI, 9 sentyabr — Sputnik. Taliban* hərəkatı hesab edir ki, Əfqanıstan hökuməti üzvlərinin ABŞ-ın qara siyahısında olması Doha razılaşmasının pozulmasıdır. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
"Pentaqon rəsmiləri qeyd ediblər ki, İslam Əmirliyi Nazirlər Kabinetinin bəzi üzvləri (taliblərin siyasi sisteminin adı - red.) və ya mərhum Haqqani Sahibin ailə üzvləri ABŞ-ın qara siyahısındadırlar. İslam Əmirliyi bu mövqeyin Dohada əldə edilən sazişi açıq şəkildə pozduğunu hesab edir", - hərəkatın bəyanatında bildirilib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini bildiriblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökümətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında və bir çox ölkələrdə qadağan olunmuş terror qruplaşması
Xəbər lenti
0