21:34 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
DÜNYA
Qısa URL
678 0 0

Türkiyə Prezidenti ilə İtaliya Baş naziri Mario Draqi arasındakı telefon danışığında Əfqanıstan, "G-20", Liviya məsələləri və iki ölkənin qarşılıqlı münasibətləri müzakirə olunub.

BAKI, 9 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Taliban*la qarşılıqlı münasibətlərin davam etdirilməsini vacib hesab edir. Onun sözlərinə görə, əks təqdirə onsuz da ən yüksək səviyyəyə gəlib çatmış miqrant axının qarşısını almaq mümkün olmayacaq.

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti bu fikri İtaliyanın Baş naziri Mario Draqi ilə telefon danışığında səsləndirib. Bu barədə Ərdoğanın mətbuat katibliyindən məlumat verilib.

"Prezident Ərdoğan Əfqanıstanın humanitar yardımla təchiz edilməsi məqsədilə Taliban hərəkatı ilə qarşılıq münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və əks təqdirdə miqrant axının daha da güclənəcəyini bildirib", – deyə məlumatda qeyd olunur.

Agentliyin bildirdiyinə görə, danışıqların mətni ilə əlaqədar İtaliya tərəfindən də açıqlama verilib. Açıqlamada bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğanla İtaliya Baş naziri Mario Draqi arasındakı telefon danışığında Əfqanıstan, "G-20", Liviya məsələləri və Türkiyə-İtaliya qarşılıqlı münasibətləri müzakirə olunub.

İtaliya Baş naziri Draqi Türkiyə Prezidenti Ərdoğanı hazırda sədrliyini İtaliyanın həyata keçirdiyi "G-20"-nin oktyabr ayında Romada keçiriləcək Liderlər Sammitinə də dəvət edib.

*Dünyanın bir sıra ölkələrində qadağan olunmuş terror təşkilatı

Əsas mövzular