08:29 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
18 0 0

Əfqanıstan idmancıları paytaxtda çaxnaşamalar başlayan vaxt Kabildən təxliyə olunaraq bir həftə Parisdə qalandan sonra Paralimpiya oyunlarında iştirak etmək üçün Tokioya gediblər.

BAKI, 29 avgust — Sputnik. Əfqanıstanda musiqini qadağan edən Taliban hərəkatı bu ölkədə idman tədbirlərinin bərba olunduğunu bəyan edib. Bu barədə RİA Novosti Əfqanıstanın "1Tv" kanalına istinadla məlumat yayıb.

Bununla belə, ölkədə idman tədbirlərinin konkret hansı tarixdən etibarən bərpa olunacağı açıqlanmayıb.

Qeyd edək ki, Əfqanıstan idmancıları Paralimpiya oyunlarında iştirak etmək üçün ötən şənbə günü Tokioya gediblər. İdmançılar paytaxtda çaxnaşamalar başlayan vaxt Kabildən təxliyə olunaraq bir həftə Parisdə qalandan sonra Yaponiyaya yola düşüblər.

Xatırldaq ki, avqustun əvvəlində Taliban Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib. Hərəkatın silahlıları avqustun 15-də paytaxta girərək prezident sarayını nəzarətə götürüb və ertəsi gün Əfqanıstanda müharibənin bitdiyini bəyan ediblər.

Haızrıda Əfqanıstanda Talibanın nəzarətində olmayan yeganə əyalət Kabilin şimal-şərqində yerləşən Pəncşirdir.

* Rusiya və bir sıra başqa ölkələrdə qadağan olunmuş terror qruplaşması

Həmçinin oxuyun:

Türkiyə səfirliyi müvəqqəti təxliyədən sonra Kabildəki binasına dönüb

Teqlər:
Taliban, musiqi, idman

Əsas mövzular