18:20 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
DÜNYA
Qısa URL
1810

Afrikanın dağlıq ərazilərindəki tropik meşələr sahə vahidinə nisbətinə görə Amazon yağış meşələrindən daha çox karbon toplayır ki, bununla da nəhəng oduncaq yanacağı anbarına çevrilir.

BAKI, 27 avqust — Sputnik. Beynəlxalq alimlər qrupu Afrikada insan ayağı dəyməmiş tropik dağ meşələrinin əvvəlki hesablamalara rəğmən daha çox karbona malik olduğu qənaətinə gəliblər. Ancaq meşə massivlərinin sürətlə yoxa çıxması planetin atmosferinə çoxlu miqdarda karbon qazının atılmasına gətirib çıxarır ki, bu da qlobal istiləşməni sürətləndirir. Bu barədə "Nature" jurnalında dərc olunmuş məqalədə bildirilir.

Tədqiqatçılar Qvineyadan Efiopiyaya kimi və cənubda Mozambikə qədər 12 Afrika ölkəsinin 44 dağ rayonunda 72 min ağac üzərində araşdırma aparıblar. Onlar hər bir dağ massivində meşə sahəsini nişanlayaraq ağacların diametri, hündürlüyü və növünü qeyd ediblər.

Məlum olub ki, bir hektar tropik meşə sahəsində 150 ton karbon var və bu ərazidə ağacların saxlanılması bir il ərzində yüzlərlə evə elektrik enerjisi verməyə bərabər olan karbon qazı tullantılarını azaldır.

Afrikanın dağlıq ərazilərindəki tropik meşələr sahə vahidinə nisbətinə görə Amazon yağış meşələrindən daha çox karbon toplayır ki, bununla da nəhəng oduncaq yanacağı anbarına çevrilir. Bu fakt elm adamlarını təəccübləndirib, çünki adətən, dağ iqlimi karbon qazının meşələr tərəfindən udulmasına yol vermir ki, bu da ağacların boy atmasını yavaşıdır.

Alimlər onu da müəyyənləşdiriblər ki, son 20 il ərzində 0,8 milyon hektar meşə ərazisi itirilib. Bu itki daha çox Konqo Demokratik Respublikası, Uqanda və Efiopiyanın payına düşür ki, nəticədə də atmosferə 450 milyon ton karbon qazı atılıb. Əgər meşə qırılmalarının hazırkı tempi davam edərsə, 2030-cu ilə kimi daha 0,5 milyon hektar meşə sıradan çıxacaq.

2000-ci ildən bu yana Afrikanın tropik dağ meşələrinin təxminən 5 faizi qırılıb, bəzi ölkələrdə isə bu göstərici 20 faizə çatır. Hazırda Bonn çağırışı çərçivəsində tropik meşələrin mühafizəsinin gücləndirilməsi prosesi gedir.

Almaniyada 2011-ci ildə irəli sürülən Bonn çağırışı 2020-ci ilə kimi 150 milyon, 2030-cu ilə kimi isə 350 milyon hektar sıradan çıxmış meşə ərazisinin bərpasını nəzərdə tutur. Bu çağırış üzrə 70-dən çox ölkə öz üzərinə meşələrin bərpası ilə bağlı öhdəlik götürüb.

Teqlər:
meşə, Afrika, Amazon, karbon tullantıları

Əsas mövzular