Argentinalı alimlər "Sputnik V"dən sonra müdafiənin necə yarandığı haqda

© AFP 2023 / ROBERT ATANASOVSKIВакцина от коронавируса "Спутник V", фото из архива
Вакцина от коронавируса Спутник V, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
Argentinada "SARS-CoV-2" virusunun mutasiyalarına qarşı orqanizmin müdafiəsinin peyvənddən sonra altı ay ərzində artdığını iddia edirlər.
BAKI, 26 avqust — Sputnik. Koronavirus infeksiyasına qarşı müdafiə Rusiyanın "Sputnik V" preparatı ilə peyvənd edildikdən sonra altı ay ərzində tədricən artmağa başlayıb. Bu nəticəyə gələn argentinalı alimlərin araşdırması ilə "medrxiv.org" portalında tanış ola bilərsiniz. Məqaləni Sputnik radiosu təqdm edir.
Təcrübələrin keçirilməsinə müxtəlif institutların və tibb müəssisələrinin, xüsusən də Səhiyyə Nazirliyinin, Buenos-Ayres Universitetinin, Sent-Luisdəki Vaşinqton Universitetinin və digərlərinin mütəxəssisləri cəlb olunublar.
Tədqiqatçılar Rusiya peyvəndi ilə vaksin olunan insanların 1,8 min qan serum nümunəsini araşdırıblar. Nümunələri bu ilin yanvar-avqust ayları arasında əldə ediblər. Alimlər antitellərin formalaşmasını və onların "Alfa" (İngiltərə), "Beta" (Cənubi Afrika), "Qamma" (Braziliya), "Delta" (Hindistan), həmçinin Peruda aşkar edilmiş "Lyambda" ştammlarına qarşı dayanıqlılığını izləyiblər.
Argentinalıların işlərinin müəyyən hissələri Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) tərəfindən preparata həsr edilmiş saytda yerləşdirilib.
Məlumatda qeyd olunub ki, mutasiyaya uğramış yeni koronavirus ştammlarına qarşı orqanizmin müdafiəsi peyvənd olunduqdan sonra altı ay ərzində "neytrallaşdırıcı antitellərin davamlı yetkinləşməsi və onların neytrallaşdırıcı təsirinin artması nəticəsində" artır. Bu, özünü xüsusilə "Beta" və "Qamma" ştammlarına qarşı göstərib.
Argentinalı alimlər tərəfindən görülən işlər peyvənddən 120 gün sonra antitellərin neytrallaşdırıcı qabiliyyətinin 42 gün ərzində müşahidə edilən göstəricilərlə müqayisədə xeyli artdığını təsdiqləyib.
"Sputnik V" peyvəndi ötən ilin dekabrında Argentinada qeydiyyata alınıb. Argentina Rusiya Federasiyasının və Belarusun özündən sonra rus peyvəndinin istifadəsinə icazə verən dünyada üçüncü dövlət olub.
Eləcə də oxuyun: 
ABŞ milyarderlərinin sərvəti pandemiya dövründə 1.8 trilyon dollar artıb
Kolumbiyada bir kişi yeddi dəfə koronavirusa qarşı peyvənd vurdurub
Hətta beşinci doza vaksinə də zərurət yarana bilər - ekspert rəyi
Xəbər lenti
0