SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Merkel: "Əfqanıstan terror ocağına çevrilə bilər"

© Sputnik / Sergey Guneev / Mediabanka keçidAngela Merkel
Angela Merkel - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Missiyanın əvvəlində 2001 -ci ildə qarşıya qoyulan məqsədə çatdıq. O vaxtdan bəri Əfqanıstandan qaynaqlanan beynəxlaq terror aktları baş vermədi.
BAKI, 25 avqust — Sputnik. NATO qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstan terror ocağına çevrilə bilər, buna müqavimət göstərmək lazımdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı bildirib.
"Missiyanın əvvəlində 2001 -ci ildə qarşıya qoyulan məqsədə çatdıq. O vaxtdan bəri Əfqanıstandan qaynaqlanan beynəxlaq terror aktları baş vermədi. Bu, ölkəmizin təhlükəsizliyinə konkret töhfə idi, bizim əsgərlərimizin xidməti idi... Ancaq müttəfiq qoşunların çıxarılması ilə Əfqanıstanın yenidən beynəlxalq terror təhlükəsinin ocağına çevrilə biləcəyinə gözümüzü yummamalıyıq. Bunun qarşısı alınmalıdır", - deyə Merkel qeyd edib.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
Həmçinin oxuyun:
Politoloq: “Hər şey “Taliban”ın özünü necə aparmasından asılı olacaq”
Xəbər lenti
0