12:45 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
DÜNYA
Qısa URL
12 0 0

Əlcəzairin Ali Təhlükəsizlik Şurası avqustun 18-də qərara alıb ki, ölkənin dağlıq ərazilərində meşə yanğınları ilə bağlı ola biləcək Mərakeşlə əlaqələrə yenidən baxılsın.

BAKI, 25 avqust - Sputnik. Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə çərşənbə axşamı, avqustun 24-də Əlcəzairin Xarici işlər naziri Ramtan Lamamra deyib.

"Əlcəzair Mərakeşlə diplomatik əlaqələri bu gündən kəsməyi qərara alıb. Müstəqillik qazanılandan bəri Mərakeş ölkəmizə qarşı hər gün alçaq hərəkətlər edib", - Lamamra mətbuat konfransında deyib.

Nazir bildirib ki, Mərakeşlə Əlcəzairin düşmənçiliyi "1963-cü il müharibəsindən bəri məqsədyönlü olub". O, həmçinin krallığı iki terrorçu qrup - islamçı Rachad və MAK Amaziq separatçıları (tayfaların yaşadığı ərazidə müqəddəratını təyin etmək üçün vuruşan hərəkat) ilə əlaqələrdə günahlandırıb. Əlcəzair onları meşə yanğınlarının törədilməsində şübhəli bilir.

Lamamra həmçinin Mərakeşin xüsüsi xidmət orqanlarının əlcəzairli məmurları izlədiklərini deyib. Onun sözlərinə görə, Əlcəzair Mərakeşin BMT yanında daimi nümayəndəsinin Kabiliya regionunun müstəqilliyini çağırmaya yönəlmiş təxribatına qarşı təmkinli davranıb. "Səlahiyyətlərin bu cür aşılmasına Mərakeş hökumətinin susması isə onun sözlərini dəstəklədikləri mənasına gəlir", - Lamamra deyib.

Əlcəzairin Ali Təhlükəsizlik Şurası avqustun 18-də qərara alıb ki, ölkənin dağlıq ərazilərində meşə yanğınları ilə bağlı ola biləcək Mərakeşlə əlaqələrə yenidən baxılsın.

Əlcəzair XİN iyulun ortasında Kabiliya bölgəsi ilə bağlı Mərakeş tərəfinin birmənalı olmayan eyhamlarından sonra özünün bu ölkədəki səfirini məsləhətləşmə üçün geri çağırmışdı. Mərakeşin Nyu-Yorkdakı səfirliyi bundan öncə Qoşulmama hərəkatının üzvləri iolan ölkələr arasında "Kabilya xalqlarının müqəddəratını təyin etməsi hüququnu" dəstəkləyən rəsmi sənəd yaymışdı. Rəsmi Mərakeşin fikrincə, bu bölgə "ən uzun xarici işğala məruz qalıb". Əlcazir XİN bu əməli pisləyib və Mərakeşdən bu qəribə insidentə aydınlıq gətirməsini tələb edib.

Kabiliya Əlcəzairin şimalındadır, orala 3,5 milyon kabil bərbəri yaşayır, onlar öz dillərini və mədəniyyətlərini qoruyub saxlayıblar. Bərbərlər hökumətlə müstəqillik uğrunda savaş aparırlar. 

Əlcəzair isə öz növbəsində Qərbi Saxaranın Mərakeşdən ayrılması uğrunda mübarizə aparan POLİSARİO cəbhəsini dəstəkləyir.

Teqlər:
Mərakeş, Əlcəzair, diplomatik əlaqə

Əsas mövzular