SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi

© AP Photo / Alex BrandonПрезидент Афганистана Ашраф Гани, фото из архива
Президент Афганистана Ашраф Гани, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
BAKI, 23 avqust — Sputnik. Taliban* hərəkatı Əfqanıstan prezidenti Əşrəf Qəni və vitse-prezident Əmirulla Salehə amnistiya təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu hərəkatın yüksək vəzifəli lideri Xəlil ur-Rəhman Haqqani Pakistanın "Geo TV" telekanalına açıqlamasında bildirib.
"Biz Əşrəf Qəni, Əmrulla Salehi və Həmdulla Mohibanı (Əfqanıstan prezidentinin təhlükəsizlik üzrə müşaviri) bağışlayırıq. Biz öz tərəfimizdən hamını bağışlayırıq – Generaldan (bizə qarşı vuruşan) sadə insana qədər", - deyə Haqqani əlavə edib.
O, həmçinin bildirib ki, taliblər və adı çəkilən üç şəxs arasında düşmənçilik yalnız din əsasında yaranıb.
Qeyd edək ki, son həftə ərzində Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
*Taliban Rusiyada fəaliyyəti qadağan olunmuş terror təşkilatıdır.
Həmçinin oxuyun:
Kabil aeroportuna daha bir təhlükə
Xəbər lenti
0