Britaniya Rusiya ilə əməkdaşlıq istəyir: nə qədər əlverişsiz olsa da...

© AFP 2023 / JUSTIN TALLISФлаг Великобритании, фото из архива
Флаг Великобритании, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Abunə olmaq
Dominik Raab hesab edir ki, beynəlxalq əlaqə qrupunun yaradılması Talibana* daha güclü təsir göstərməyə və onlara ümumi fikirləri daha yaxşı çatdırmağa imkan verəcək.
BAKI, 22 avqust - Sputnik. Qərb ölkələri Əfqanıstanda humanitar böhranın qarşısını almaq və terrorla mübarizə üçün Rusiya, Çin və Hindistanla birlikdə çalışmalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab "The Sunday Telegraph" qəzetinə müsahibəsində deyib.
"Əfqanıstanla bağlı danışıqlara, nə qədər əlverişsiz olsa da, Rusiya və Çin kimi vəziyyətə sakitləşdirici təsir göstərə biləcək ölkələri cəlb etməliyik", - deyə XİN rəhbəri bildirib.
Raab Londonun Əfqanıstanla əlaqə qrupu yaratmaq üçün BMT Təhlükəsizlik Şurasının iclasının təşəbbüskarı olduğunu əlavə edib. Siyasətçi hesab edir ki, beynəlxalq əlaqə qrupunun yaradılması Talibana* daha güclü təsir göstərməyə və onlara ümumi fikirləri daha yaxşı çatdırmağa imkan verəcək. Bundan əlavə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Londonun bu cür təşəbbüslərinin G7 ölkələrinin xarici işlər nazirlərinin 19 avqustda virtual formatda keçirilən görüşündə də müsbət qarşılandığını qeyd edib.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Baydenə ittiham - “Taliblərin önündə diz çökdü
Taliban* yaxın iki həftədə yeni hökuməti formalaşdıracaq
Əfqanıstan prezidentinin qardaşı taliblərə qoşulub
Taliban* ABŞ-dan asılı vəziyyətə düşüb
NATO Əfqanıstan missiyası ilə bağlı bəyanat verdi, Azərbaycana təşəkkür etdi
Xəbər lenti
0