UNESCO dünya təşkilatlarını Əfqanıstanda mədəni abidələri qorumağa çağırıb

© AFP 2023 / JEAN-PIERRE MULLERЛоготип ЮНЕСКО, фото из архива
Логотип ЮНЕСКО, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
Söhbət ilk növbədə Kabildə yerləşən Əfqanıstan Milli Muzeyindən, Qəznidəki İslam Sənəti Muzeyindən, Cem minarəsindən, həmçinin Bamiyan vadisindəki digər arxeoloji tapıntılardan gedir.
BAKI, 18 avqust — Sputnik. UNESCO dünya təşkilatlarını Əfqanıstanda mədəni abidələri qorumağa çağırıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən Tom Malar xəbər verib.
"UNESCO Əfqanıstanda baş verən hadisələri diqqətlə izləyir və heyətin təhlükəsizliyini qorumaq üçün Birləşmiş Millətlər Təşkilatının tabeliyində olan agentliklərlə öz hərəkətini nizamlayır", - deyə T.Malar bildirib.
"Əfqanıstanın ərazisində yerləşən zəngin mədəni irs dünya ictimaiyyəti üçün xüsusi dəyərə malikdir və bu irs qorunmalıdır", - deyə T.Malar vurğulayıb.
Qeyd edib ki, söhbət ilk növbədə Kabildə yerləşən Əfqanıstan Milli Muzeyindən, Qəznidəki İslam Sənəti Muzeyindən, Cem minarəsindən, həmçinin Bamiyan vadisindəki digər arxeoloji tapıntılardan gedir.
Məlumat üçün bildirək ki, UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minib. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.
UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.
Eləcə də oxuyun:
Əfqan uşağı himayəsinə götürmək istəyən Xalq artisti tənqidlərə tuş gəlib
Politoloq: “Kimsə Əfqanıstanda tezliklə stabilliyin yaranacağını düşünürsə, yanılır”
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?
Müdafiə nazirinin İnterpoldan xahişi: Əşrəf Qənini həbs edin
Lavrov: Taliban* hakimiyyətinin tanınmasından danışmaq hələ tezdir
Əfqanıstandan qaçan prezident xəstəxanaya düşüb
Xəbər lenti
0