21:34 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
DÜNYA
Qısa URL
81 0 0

Hətta sentimental olmayan ABŞ hərbçiləri belə öz hökumətlərindən bir az da olsa insanlıq göstərməyi və işğal olunmuş ölkələrdə onlara çalışan tərəfdaşlara yardım edilməsini xahiş edirlər. Amma yox, ABŞ siyasəti dəyişməz olaraq qalır.

BAKI, 18 avqust — Sputnik. Amerikalılar zirehli maşınlarını atıb Əfqanıstandan ayaqyalın qaçarkən viran qoyduqları ölkədə əsl faciə baş verir. Onun süjeti, təəssüf ki, hamıya məlumdur. İşğal dövründə bir çox əfqanlar ABŞ hərbçiləri ilə əməkdaşlıq etməyə başladılar. İndi hamısı Talibanın qisas alacağından qorxurlar.

Onlardan yalnız bir neçəsi, məsələn, amerikalıların təyin etdiyi ölkə prezidenti kimi, xaricdəki ehtiyat aerodroma qaçmağı bacardı. Digər kollaborasionistlər isə viza üçün amerikalı diplomatlara yalvardı, alınmayanda digər səfirliklərə üz tutdular.

Ancaq illərlə Əfqanıstanda öz kontingentlərini saxlamış NATO-ya üzv ölkələr müttəfiqlərinə sağ qalmaq üçün heç bir şans vermədilər. Onların başı özlərinə qarışmışdı: əşyaları toplayır, səfirliklərdə sənədləri yandırır, təyyarələrdə özlərinə yer edirdilər.

Kabilin hava limanında isə faciə yaşanırdı. Dəhşət içində olan əfqanlar hava limanına axın edir və "ağ sahiblər"in ölkədən qaçışını təmin edən Amerika əsgərləri isə atəş açırdılar. Bu çaxnaşmada bir neçə nəfər öldürüldü.

Bu hekayədə yeni bir şey yoxdur. Amerikalılar Sayqondan da eynilə bu şəkildə qaçmışdılar. Onlara işləyən cənubi vyetnamlılar ABŞ səfirliyinə hücum edir, Amerika nəqliyyat vasitələrinə çatmaq üçün ardınca üzürdülər: vətənlərində qalmaqdan və işğalçıların əmri ilə törətdikləri cinayətlərə görə cavab verməkdən bu dərəcədə qorxurdular.

İraqda amerikalılar üçün çalışan hərbi tərcüməçilərin partizanlar tərəfindən öldürülməsi də müntəzəm hal alıb. Çox vaxt həmin insanlar təhdid edildikdə Amerika vizasını əldə etmək üçün kömək istəyirlər, ancaq təbii olaraq rədd cavabı alırlar. Tezliklə bu şəxsləri, bəzən elə qohumları və dostları ilə birlikdə güllələnmiş vəziyyətdə tapırlar. Artıq öldürülənlərin sayı minlərlə ölçülür. Qışda, Amerika qoşunları İraqdan çıxarılanda bu bədbəxtlərin nə halda olacaqlarını təsəvvür belə etmək qorxuncdur.

Hətta sentimental olmayan ABŞ hərbçiləri belə öz hökumətlərindən bir az da olsa insanlıq göstərməyi və işğal olunmuş ölkələrdə onlara çalışan tərəfdaşlara yardım edilməsini xahiş edirlər. Amma yox, ABŞ siyasəti dəyişməz olaraq qalır. Bu, onlara etibar edənlərə daimi və nümayişkaranə xəyanətdir.

Gördüyümüz kimi, xainlərin taleyi kədərlidir. Bəs onların sayı niyə azalmır? Dünyanın müxtəlif ölkələrindəki insanlar niyə bu çirkli və təhlükəli işi seçirlər? Özü də təkcə yoxsul Əfqanıstanda deyil, sovetlər dönəmində firavan həyat yaşayan sovet Baltikyanı ölkələrdə də?

Məsələ burasındadır ki, gələcək xainləri Amerika rejimi bütün dünyada üç mərhələdə yetişdirir. Əvvəlcə onlar mütərəqqi qlobal gündəmin tərəfdarı olurlar - fəallar, yaxşılıq uğrunda bütün pisliklər əleyhinə mübarizə aparanlar. Onların çoxu ömrü boyu öz gözəl işləri ilə məşğul olacaq və dürüst vətəndaş olaraq qalır. Ancaq bir qisim qəfildən öz ölkəsi və orada yaşayanların - düzgün olmayan insanların - tərəqqinin əsas düşmənləri olduğunu dərk edir.

Bu mərhələdə həmin aktivist bir növ öz xalqından qopmağa çalışır. O gündəmin ab-havasında yoğrulur, zibilləri çeşidləyir, veqan lattesi içir, ancaq öz təşkil elədiyi tamaşada getdikcə özünə daha sıx barama hörür. Eyni zamanda Nayrobidən Pekinə, Buenos-Ayresdən Moskvaya qədər yüzlərlə meqapolisdə yaşayan parlaq üzlü fövqəlbəşərə aid olduğunu hiss edir. Amma illər keçir, fəal yaşlanır, ətrafda isə heç nə dəyişmir. Ölkə yenə də eynidir, yenə də düzgün deyil, insanlar da eynidirlər, elə onlar da düzəlməyiblər, o isə yenə də hər kəsdən seçilir - süddən çıxmış ağ qaşıqdır.

Beləliklə fəalı əsas Demokratiyadan olan doğru demokratların nəhayət ölkəsinə gələcəyi, hərəkət edən hər bir şeyi demokratlaşdıracağı, onun özünü isə yanlış insanlara haulyayter, ya da əlaltı polisay təyin edəcəkləri ilə bağlı intiqam xəyalları çulğalayır. O, maaşı dollarla, böyük həcmdə almağa başlayacaq və tabeliyində olan əhalini ram etməyə edəcək.

Postsovet məkanındakı polisaylar üçün bu xəyallar iki ssenari üzrə gerçəkləşdirilir. Birincisində - proqressorlar Amerika əsgərlərinin köməyi ilə öz yanlış camaatının öhdəsindən gəlirlər. İkincisində isə - Moskvaya qarşı çıxırlar.

Bir çox müasirlərimiz onilliklər boyu belə xəyallarla yaşayıblar. Qisasçılıq, həsəd və sahib barədə arzular, əlbəttə ki, luzerliyin ilkin əlamətləridir. Ancaq luzerlik - pulqabının vəziyyəti ilə deyil, beyinlə bağlıdır. Luzerlər arasında majorların sayı çoxdur, yəni çox vaxt bu insanlar kasıb olmayan, uğurlu vətəndaşlardır.

Beləcə, hələ ki müstəqil və demokratik olmayan ölkənin daxilində hətta dilənçipayı xətrinə deyil, sadəcə öz həmvətənlərini ələ salmaq üçün vətənlərini işğalçılara təslim etməkdən xoşbəxt olan insan təbəqəsi yetişdirilir.

Bu proseslər Ukraynada, Gürcüstanda, Baltikyanı ölkələrdə gözümüzün önündə baş verirdi. Uzağa getmək lazım deyil. Bir vaxtlar, "Urenqoydan olan Kolya" hadisəsi ictimaiyyəti hiddətləndirdi, çünki burada yaxşı bir rus uşağının, bircə Alnabiya səfəri sayəsində, gələcək polisaya çevrilməsi prosesi açıq-aşkar idi.

Amerikalılar zaman-zaman müttəfiqlərini darda qoyurlar: məsələn, hərbi münaqişələrdə kömək etmirlər. 2008-ci ildə gürcülər, 2019-cu ildə kürdlərlə də belə oldu. Müttəfiqlər həlak olurlar, ancaq onların yeri boş qalmır - eynilə intihar edən lemminqlər kimi.

Xalqından qopmaq ehtirası ilə yanan bu vətəndaşlar sadə bir şeyi anlamırlar - daha doğrusu, anlamaq istəmir, ya da başa düşməkdən qorxurlar. Onlar özlərini istədikləri qədər kosmopolit hesab edə bilər, düzgün hesab etdikləri şüarları bağıra və vətənlərini "bu ölkə" sözü ilə ifadə edə bilərlər. Hinduların bu qışqırıqları şerifi heç narahat etmir.

Amerikalılar üçün onlar yad vəhşi olaraq qalırlar. Heç bir veqan lattesi və yaxud Oksford tələffüzü Qərb kontragentlərinə polisayları özlərinə bərabər tərəfdaş saymağa əsas vermir. Lazım gələrsə, əhalinin qalan hissəsi kimi onları da eyni laqeydliklə məhv edəcək, yaxud da satacaqlar.

Ancaq bir dəqiqə, biz axı elə bil, Avropadayıq, uğursuz polisaylar düşünürlər, bura İraq deyil, bizə qarşı xüsusi münasibət var. Ancaq təəssüf, amerikalıları belə xırdalıqlar narahat eləmir. Yuqoslaviyanın taleyini xatırlayın. Avropa paytaxtı olan Belqrada düşən Amerika bombaları həm Miloşeviçin tərəfdarlarını, həm də "Qərb dəyərləri" fanatlarını öldürürdü. Bomba sığınacaqlarında həm köhnə kommunistlər, həm də gənc qlobalistlər qorxudan titrəyirdilər. Proqressiv gündəm heç vaxt öz tərəfdarlarını ağ cənabların qəzəbindən xilas etməyib.

Əfqanıstanda baş verənlərə baxanda Ukrayna və Baltikyanı ölkələrdəki elitalar narahat olublar. Bir dəqiqə, belə çıxır ki, amerikalılar gedə bilərlət? Belə çıxır ki, hə. Qaz kəməri olmayan Ukrayna qulpsuz çamadana çevrildi. Baltikyanı pələnglərin isə borclarından başqa heç bir şeyləri yoxdur, onlar amerikalıların nəyinə lazımdırlar? Bəs Rusiyaya qarşı həebi plasdarmlar? Ancaq görünür ki, tərəfdaşlar bu işin ümidsiz və çılğın olduğunu anlayıblar. Bəli, amerikanlar istəniulən an gedə bilərlər, onlardan sonra qalan isə depressiya və yoxsulluq olur.

Amerika tanklarında Qırmızı Meydandan keçməyi xəyal edən polisaylar pərt olub qorxdular. Yuxarı təbəqə, əlbəttə ki, özü üçün rahat ehtiyat aerodromları hazırlayıb. Ancaq işğalçı administrasiyanın aşağı rütbəli məmurları, belə görünür ki, reallığa qayıtmalı olacaqlar.

Rusiya bu prosesin yumşaq və nisbətən ağrısız keçməsinə kömək edəcək. Parçalanmış xəyallar üçün təsəlli isə amerikalıların çıxdığı limitrof ərazilərdə həyatın öz axarına düşməsi olacaq. Çünki bundan betər olmayacaq.

Eləcə də oxuyun:

Teqlər:
Əfqanıstan, ABŞ, Rusiya

Əsas mövzular