23:04 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
DÜNYA
Qısa URL
1092 0 0

İranın xarici işlər naziri Zərif fotonu "tamamilə yersiz" adlandırıb, parlamentin sədri Qalibaf isə bildirib ki, əgər hər iki ölkənin səfiri üzr istəməsə, bu məsələyə "qətiyyətli diplomatik cavab verilməlidir".

 

BAKI, 12 avqust — Sputnik. Rusiya Federasiyasının Tehrandakı səfiri Levan Caqaryan foto qalmaqalı ilə əlaqədar çümə axşamı günü İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.

"Bu gün Rusiya Federasiyasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan Caqaryan Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerkliflə birgə çəkdirdiyi və İran ictimaiyyətində birmənalı reaksiya doğurmayan fotoya görə İran XİN-ə çağırılıb", – deyə səfirlikdən RİA Novosti-yə daxil olan məlumatda bildirilir.

"Dostluq atmosferində keçən söhbətdə İran tərəfinə artıq səfirliyin sosial hesablarında yayımlanmış bütün lazımı açıqlamalar verilib. Səfir baş vermiş anlaşılmazlıqla əlaqədar təəssüfünü ifadə edib", – deyə diplomatik missiyadan qeyd olunub.

Bir qədər bundan əvvəl Rusiyanın İrandakı səfirliyi bildirmişdi ki, səfir Levan Caqaryan Britaniyanın Tehrandakı yeni səfiri Saymon Şerkliflə görüşüb. Səfirliyin "Twitter"də paylaşdığı məlumata görə, görüş 1943-cü ildə məşhur Tehran konfransının keçirildiyi tarixi pilləkənlərdə baş tutub.

Bu hadisə İran siyasətçiləri arasında narazılıq dalğasına səbəb olub. Xüsusən də, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif fotonu "tamamilə yersiz" adlandırıb. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə bildirib ki, əgər hər iki ölkənin səfiri üzr istəməsə, bu məsələyə "qətiyyətli diplomatik cavab verilməlidir".

Daha sonra Rusiya səfirliyi İranın heç də birmənalı olmayan reaksiyalarının fonunda bəyan edib ki, foto "anti-İran" xarakteri daşımır. Diplomatik missiyadan o da qeyd olunub ki, səfirlik dost İran xalqının hisslərini alçatmaq fikrində deyil və bu fotonun yeganə məqsədi II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin nasizm əleyhinə mübarizədə birgə səylərini bir daha vurğulamaq olub.

Qeyd edək ki, Tehran xarici qoşunların ərazisinə daxil olduğu sözügedən tarixi dövrə ağrılı yanaşır. İkinci Dünya Müharibəsi dövründə İran ərazisində sovet və ingilis hərbi qüvvələrinin mövcudluğu müttəfiq ölkələrin İranın nasist Almaniyası ilə əlaqə yaratması qorxusu ilə bağlı idi və bu səbəbdən də 1941-ci ilin avqust-sentyabr aylarında onlar öz qoşunlarını İrana göndərərək ölkənin müxtəlif ərazilərinə nəzarət etməyə başlamışdılar.

Eləcə də oxuyun:

Teqlər:
İran, Rusiya, Böyük Britaniya, foto, Twitter

Əsas mövzular