CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Freddi Merkuri haqda filmin davamı çəkiləcək

© Photo : A Bailey/20th Century Fox/Kobal/ShutterstockКадр из фильма «Богемская Рапсодия»
Кадр из фильма «Богемская Рапсодия» - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
İfaçının dostunun sözlərinə görə, filmdə Merkurinin ölümünü göstərmək gərək deyil. Üstəlik o qeyd edib ki, heç birinci filmi də bəyənməyib.
BAKI, 8 avqust - Sputnik. "Queen" qrupunun gitaraçısı Brayan Mey bildirib ki, vokalçı Freddi Merkurinin həyatına həsr olunmuş "Bohemian Rhapsody" filminin davamının çəkilməsi üçün artıq danışıqlara başlayıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Sun yazır.
"Biz filmin davamının çəkilməsini nəzərdən keçiririk. Bəli, biz müxtəlif ideyaları müzakirə edirik", - Mey deyib.
Mey əlavə edib ki, filmin sikveli üçün "əla ssenari"yə ehtiyac var.
"Queen" qrupunun solisti Freddi Merkurinin dostu, eyni zamanda köməkçisi və mühafizəçisi olan Piter Fristoun bildirmişdi ki, "Bohemian Rhapsody"nin sikvelinin çəkilməsini istəmir.
Onun sözlərinə görə, filmdə Merkurinin ölümünü göstərmək gərək deyil. Üstəlik o qeyd edib ki, heç birinci filmi də bəyənməyib.
Xatırladaq ki, "Bohemian Rhapsody" dörd "Oskar" qazanıb: ən yaxşı kişi rolu (Rami Malek), ən yaxşı montaj, ən yaxşı səs və ən yaxşı səs montajı.
Xəbər lenti
0