Rusiya hərbçiləri Ermənistanda qəzaya düşdülər: ölən və yaralılar var

© Sputnik / Sergey Guneev / Mediabanka keçidВоеннослужащие на территории 102-й российской военной базы Южного военного округа в Гюмри
Военнослужащие на территории 102-й российской военной базы Южного военного округа в Гюмри - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Hadisə saat 7 radələrində baş verib. İlkin məlumata görə, sürücü şəxsi avtomobilinin idarəetməsini itirib və maşın aşıb
KI, 8 avqust - Sputnik. Gümrü-Yerevan yolunda qəzaya düşən Ermənistandakı Rusiya hərbi bazasının hərbçilərindən biri ölüb, daha dörd nəfər xəsarət alıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, hadisə bazar günü, avqustun 8-də saat 7 radələrində baş verib. İlkin məlumata görə, sürücü şəxsi avtomobilinin idarəetməsini itirib və maşın aşıb. 
"Müqavilə əsasında işləyən hərbçilərdən biri hadisə yerində ölüb. Daha dörd nəfər orta ağırlıqlı xəsarət alıb və tibb müəssisəsinə çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilib", - agentlik bildirir.
 
1995-ci ildə imzalanmış müqaviləyə görə, Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yerləşib. 2010-cu ildə sənədə dəyişiklik edilərək, hərbi bazanın orada olma müddəti 25 ildən 49 ilə qaldırılıb, yəni 2044-cü ilədək.
Eləcə də oxuyun:
Rus qoşunlarının bazası yerləşən Gümrüdə partlayış: hərbçi və daha bir nəfər həlak olub
Moskva: Rusiya öz hərbçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz
 
Xəbər lenti
0