00:17 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
DÜNYA
Qısa URL
31 0 0

“Times” qəzeti ABŞ-ın müdafiə sahəsindəki mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton “Taliban” hərəkatının silahlıları ilə mübarizə üçün “B-52 Stratofortress” bombardmançılarını Əfqanıstana göndərib.

BAKI, 7 avqust - Sputnik. ABŞ-a məxsus “B-52 Stratofortress” bombardmançı təyyarələri Əfqanıstanın Cauzcan əyalətinin mərkəzi Şiberqanda “Taliban” radikal hərəkatının mövqelərinə aviazərbələr endirib, silahlı qruplaşmanın üzvləri arasında ağır itkilər olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman “Twitter” səhifəsində yazıb.

“Cauzcan əyalətinin Şiberqan şəhərində “Taliban” qruplaşması “B-52”-nin hədəfinə çevrilib. ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində terrorçular arasında ağır itkilər olub”, - deyə nazirlik nümayəndəsi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl “Times” qəzeti ABŞ-ın müdafiə sahəsindəki mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton “Taliban” hərəkatının silahlıları ilə mübarizə üçün “B-52 Stratofortress” bombardmançılarını Əfqanıstana göndərib.

Əsas mövzular