Nikol Paşinyan onun istefasını tələb edən generalı işdən qovub

© AP Photo / Francois MoriПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.08.2021
Abunə olmaq
Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.
BAKI, 4 avqust - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu ölkənin Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazryan Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən yüksək vəzifəli hərbçilərdən biridir.
E.Kazryan bildirib ki, A.Sarqsyan 2021-ci il mayın 4-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı, iyunun 24-də Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyanı, Silahlı Qüvvələrin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor İşxan Matosyanı, iyulun 7-də isə general-mayor 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturovu (KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu) Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarıb.
E.Kazryan vurğulayıb ki, həmin generalların hamısı N.Paşinyanın istefasını tələb edən bəyanatı imzalamışdılar.
Paşinyan yenidən Ermənistanın baş naziridir
Qeyd edək ki, avqustun 2-də Ermənistan parlamentində çoxluğu təşkil edən "Vətəndaş müqaviləsi" fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın hökumət başçısı vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.
Sputnik Ermənistan-ın verdiyi məlumata əsasən, fraksiyanın katibi Nazeni Baqdasaryan parlament çoxluğunun qərarını özünün "Facebook" səhifəsində paylaşıb.
Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir. Nazirlər Kabineti isə Baş nazir təsdiq olunduqdan sonrakı 15 gün ərzində təşkil edilir.
Ermənistan prezidenti Armen Sarkisyan N.Paşinyanın ölkənin baş naziri təyin olunması haqda sərəncam imzalayıb.
Ermənistanda parlament seçkiləri
İyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" 71, "Hayastan" bloku (Robert Koçaryan başçılıq edir) 29, "Şərəfim var" bloku (Serj Sarqsyan rəhbərlkik edir) 7 yer qazanıb.
Deputat mandatından imtinalar
Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.
Mandatdan imtina edən 16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.
Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Köçəryan, digəri Marianna Yepremyandır. Parlamentdə yer qazanmış "Şərəfim var" blokundan heç kim deputat mandatından imtina etməyib.
Həmçinin oxuyun:
* Paşinyan və Koçaryan deputat mandatından imtina ediblər
* Ermənistanda kadr problemi: Paşinyan bir nəfəri vəzifədən çıxarıb o birinə təyin edir
Paşinyan dalana dirənib – nazir qoymağa adam tapmır
Xəbər lenti
0