01:25 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
22 0 0

2018-2019-cu illərdə Vaşinqtonla antiterror məsələlərinin bütün spektri üzrə idarələrarası dialoq qurulub, lakin bu formatda iş uydurma bəhanə əsasında ABŞ-ın təşəbbüsü ilə dayandırılıb

BAKI, 3 avqust — Sputnik. Moskva Əfqanıstan kontekstində ABŞ-la antiterror təmaslarına hazırdır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin rəhbəri Vladimir Tarabrin deyib.

"Amerikalılarla antiterror xətti ilə əlaqələrə gəldikdə, o cümlədən Əfqanıstan kontekstində biz bu cür qarşılıqlı əlaqələrə açığıq, lakin tərəfdaşlarımızdan bu məsələdə tərəfdaşlarımızdan daha maraqlı ola bilmərik", - deyə Tarabrin bildirib.

O, xatırladıb ki, 2018-2019-cu illərdə Vaşinqtonla antiterror məsələlərinin bütün spektri üzrə idarələrarası dialoq qurulub, lakin bu formatda iş uydurma bəhanə əsasında ABŞ-ın təşəbbüsü ilə dayandırılıb.

Tarabrin onu da qeyd edib ki, buna baxmayaraq Moskva Rusiyanın praktiki maraqlarına uyğun olduğu məsələlərdə, xüsusən də beynəlxalq platformalarda ABŞ Dövlət Departamenti ilə terrorizmə qarşı mübarizədə praqmatik qarşılıqlı əlaqələri davam etdirir.

Eləcə də oxuyun:

Teqlər:
Əfqanıstan, Rusiya, ABŞ, əməkdaşlıq, terrorçuluq, əlaqələr

Əsas mövzular