ÜST Yaxın Şərq və Şimali Afrikada koronavirusun dördüncü dalğasını qeydə alıb

© AFP 2023 / FABRICE COFFRINIШтаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива
Штаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива  - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Son bir ay ərzində adıçəkilən bölgələrdə yoluxmaların sayı 55, ölüm halları isə 15% çoxalıb. Ən çox qeydə alınan isə koronavirusun "Delta" ştammıdır.

BAKI, 30 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərq və Şimali Afrika ölkələrində koronavirusun dördüncü dalğasını qeydə alıb. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.

"Yeni aşkar olunmuş və xəstəxanaya yerləşdirilmiş xəstələrin əksəriyyəti peyvənd olunmamış insanlardır. Hazırda bu bölgədə COVID-19-un dördüncü dalğası yaşanır", — deyə ÜST-ün Şərqi Aralıq dənizi bürosunun rəhbəri Əhməd əl-Mandhari bildirib.

Onun sözlərinə görə, adıçəkilən bölgələrdə koronavirusun "Delta" ştammı daha tez-tez qeydə alınır. Bu ştamma Mərakeşdən Pakistana qədər - Yaxın Şərq və Şimali Afrika bölgəsinin 15 ölkəsində rast gəlinir.

"Virusun "Delta" variantının sirkulyasiyası getdikcə Aralıq dənizinin şərqindəki ölkələrin daha çoxunda xəstəlik sayının və ölüm hallarının artmasına səbəb olur", — deyə büronun bəyanatında deyilir.

Son bir ay ərzində adıçəkilən bölgələrdə yoluxmaların sayı 55%, ölüm halları isə 15% çoxalıb.

Qeyd edək ki, bir müddət əvvəl Finlandiyada koronavirusun dördüncü dalğasının başlandığı barədə xəbər verilib.

Koronavirusun ştammları

Xatırladaq ki, Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

2021-ci il iyunun 2-də Ümumdünya Səhiyyə Təşkilatı qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.

Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.

Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı "Delta", Cənubi Amerika ştammı isə "lyambda" adlandırılır.

Xatırladaq ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Onu da əlavə edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0