18:54 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
DÜNYA
Qısa URL
31 0 0

Yellen qeyd edib ki, defolt ABŞ iqtisadiyyatına və bütün Amerika vətəndaşlarının maliyyə durumuna ciddi zərbə vuracaq. O xatırladıb ki, ötən il defoltun "sadəcə təhlükəsi" Amerika iqtisadiyyatına ziyan vurub.

BAKI, 24 iyul - Sputnik. ABŞ-ın Maliyyə naziri Canet Yellen Konqresi defolt təhlükəsi ilə bağlı xəbərdar edib. Onun sözlərinə görə, bu, ölkənin iqtisadiyyatına "düzəldilməsi mümkün olmayan zərbə" vuracaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, Yellenin Konqresə göndərdiyi məktub barədə Reuters yazıb.

 

Yensen bildirir ki, əgər iyulun 31-dən sonra dövlət borcunun tavanı artırılmasa, yaxud da borc limiti dondurulmasa, defolt baş verə bilər. 

Maliyyə naziri vurğulayıb ki, lazımi tədbirlər görülməsə, artıq avqustun 1-də dövlət borcunun səviyyəsi qanunla müəyyənləşdirilmiş maksimal həddi keçəcək. Onun sözlərinə görə, dövlət borcunun tavanı dayandırılmasa, yaxud artırılmasa, o zaman yeni maliyyə ilinin başlanğıcında, yəni oktyabrın 1-də hökumətin öz öhdəlikləri üzrə borclarını ödəməsi prosesi ciddi şəkildə zərbə görə bilər, çünki məhz həmin dövrə iri büdcə xərcləri planlaşdırılıb.

Yellen qeyd edib ki, defolt ABŞ iqtisadiyyatına və bütün Amerika vətəndaşlarının maliyyə durumuna ciddi zərbə vuracaq. O xatırladıb ki, ötən il defoltun "sadəcə təhlükəsi" Amerika iqtisadiyyatına ziyan vurub.

Eləcə də oxuyun: 

Teqlər:
defolt, ABŞ, maliyyə naziri, Konqres

Əsas mövzular