23:27 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
1010 0 0

Hakim partiyanın siyasi şurasının bu gün keçirilən iclasında Tbilisi şəhərinin meri vəzifəsinə namizəd məsələsinə baxılıb.

BAKI, 20 iyul - Sputnik. Bu ilin oktyabrında Gürcüstanda yerli seçkilər keçiriləcək. Artıq hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisi şəhərinin meri vəzifəsinə namizədini ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, hakim partiyanın siyasi şurasının bu gün keçirilən iclasında Tbilisi şəhərinin meri vəzifəsinə namizəd məsələsinə baxılıb. İclasda paytaxtın hazırkı meri Kaxa Kaladzenin ikinci müddətə namizədliyi irəli sürülüb.

Məlumat üçün qeyd edək ki, 43 yaşlı Kaxa Kaladze 2017-ci ilin oktyabr ayından Tbilisinin meridir.

K.Kaladze islahatçı mer imici qazanıb.

Kaxa Kaladzenin Bakı səfəri

Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti bu il iyulun 13-də Bakıya gəlib.

Bakıya gəlişlərinin ilk günündə qonaqlar İçəri şəhərdə qədim şəhərin tarixi abidələri ilə tanış olub, “Fəvvarələr Meydanı”nı gəziblər.

Həmin gün Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Gürcüstan Respublikasının paytaxtı Tbilisi səhərinin meri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilib.

Görüşdə Azərbaycan və gürcü xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Kaladze bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. O, Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin Bakı və Tbilisi şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildiriblər.

Sonra Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub. Səfər çərçivəsində Tbilisi şəhərinin nümayəndə heyəti Bakı şəhərinin görməli yerlərini, o cümlədən Dənizkənarı Milli Bulvarı gəziblər.

İlham Əliyevdən Kaladzenin ünvanına xoş sözlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib. Görüşdə Azərbaycan Prezidenti Tbilisi meri haqqında xoş sözlər deyib: 

"Mən bilirəm ki, siz Tbilisinin meri kimi çox böyük səylər göstərirsiniz və şəhərin tarixi simasını qorumaq istiqamətində çox böyük addımlar atmısınız. Tbilisi şəhərinin tarixi hissəsi, hesab edirəm ki, dünya üçün çox əhəmiyyətlidir. Çünki bu, unikal memarlıq əsəridir. Əlbəttə, hər bir böyük şəhər kimi, Tbilisi də inkişaf etməlidir və bilirəm ki, sizin rəhbərliyiniz altında bu inkişaf da çox düşünülmüş şəkildə aparılır. Biz sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Siz Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında da böyük səylər göstərirsiniz, Azərbaycanın dostusunuz. Bir daha xoş gəlmisiniz".

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 2-də keçiriləcək.

Həmçinin oxuyun: 

* Tbilisi Bakının 21-ci qardaşı olacaq

* İlham Əliyev Kaxa Kaladzeyə: Tbilisi unikal memarlıq əsəridir

 

Əsas mövzular