Laboratoriya davası: bu dəfə ÜST-ə Çin müraciət edib

© AFP 2023 / OLIVIER DOULIERYFort-Detrik bazasında bioloji laboratoriya
Fort-Detrik bazasında bioloji laboratoriya - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Abunə olmaq
Amerikanın Fort-Detrik bazasındakı laboratoriyası ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yoxlamasından sonra 2019-cu ildə müvəqqəti bağlanmışdı.

BAKI, 19 iyul – Sputnik. Çində yarım milyondan çox internet istifadəçisi Ümumdünya Səhiyyə Təşkilatına açıq məktub imzalayaraq Amerikanın Flort-Detrikdəki bioloji laboratoriyasını yoxlamasını tələb edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Bir qədər öncə ÜST rəhbəri Tedros Adhanom Gebreyesus koronavirusun mənşəyinin süni olduğunu istisna etməyib. Sonradan isə bəyan edib ki, təşkilat 2019-cu ilin dekabrında insanların COVID-19-a ilkin yoluxduqları ərazilərdə yerləşən laboratoriya və tədqiqat mərkəzlərində audit keçirmək niyyətindədir.

Bir qrup çinli internet istifadəçisi açıq məktub hazırlayaraq qəzetdən onu sosial şəbəkələrdə paylaşmasını istəyib. İyulun 17-də paylaşılan məktuba sutka ərzində 500 mindən çox insan imza atıb.

Çin vətəndaşları nə istəyirlər

ÇXR vətəndaşlarının açıq məktubunda qeyd olunur ki, növbəti epidemiyaların qarşısını almaq üçün ÜST təhlükəli virusları və ya biokimyəvi silahları araşdıran laboratoriyalara diqqət ayırmalıdır. Məktubda Merilenddə yerləşən Fort-Detrik bazasında fəaliyyət göstərən ABŞ Ordusunun İnfeksion Xəstəliklərin öyrənilməsi İnstitutunun (USAMRIID) adı xüsusi vurğulanır. Qeyd olunur ki, həmin laboratoriyada Ebola, SARS, MERS, çiçək kimi qorxunc və yoluxucu viruslar saxlanılır. Onlardan istənilən birinin sızması ağır nəticələrə gətirib çıxara bilər.

“2019-cu ilin payızında, COVID-19-un alovlanmasından öncə laboratoriyada sızma baş vermişdi, ancaq bu cür məlumatları ABŞ milli təhlükəsizlik bəhanəsi ilə açıb-ağartmır”, - məktubda deyilir.

Qeyd olunur ki, Çin qərb ölkələrinin virusoloqlarına və ABŞ KİV nümayəndələrinə Uhan Virusologiya İnstitutuna gəlməyə icazə verib, ABŞ isə Fort-Detrik bazasındakı laboratoriyanı açmayıb  və “ABŞ-ın geosiyasi təsiri altında olmayan ölkələrlə, o cümlədən Çinlə ilkin məlumatları bölüşməyib”.

ABŞ laboratoriyası müvəqqəti bağlanıbmış

Qəzet yazır ki, haqqında danışılan Amerika laboratoriyası ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yoxlamasından sonra 2019-cu ildə müvəqqəti bağlanmışdı. Səbəb kimi “tullantı sularının təmizlənməsi zamanı infrastrukturda problem yaranması” göstərilsə də, qəzetin fikrincə, bu, elə də inandırıcı olmamışdı. Global Times vurğulayır ki, yalnız virusun mənşəyini aydınlaşdırandan sonra dünya potensial təhlükədən qurtula və növbəti epidemiyalardan qaça bilər.

Koronavirus Çindən yayıldı

Xatırladaq ki, hazırda, demək olar ki, bütün dünyanı cənginə alan koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Çində virusun yarasalardan insanlara keçdiyi iddia olunsa da, heç də hamı bu versiya ilə razılaşmır.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0