Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ermənistanla hərbi memorandum imzaladı

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidВид на Ереван
Вид на Ереван - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Abunə olmaq
Rusiya ilə Ermənistan SQ arasında qərargah danışıqlarının aparılması məqsədilə RF SQ Baş qərargah rəisinin müavini Sergey İstrakovun başçılıq etdiyi nümayəndə heyəti Yerevana beş günlük səfər edib.

BAKI, 19 iyul - Sputnik. Rusiya ilə Ermənistanın Baş qərargahlarının nümayəndələri Yerevanda keçirilmiş danışıqların nəticəsi olaraq qarşılıqlı fəaliyyət barədə memorandum imzalayıblar.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Ermənistan Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub ki, Rusiya ilə Ermənistan SQ arasında qərargah danışıqlarının aparılması məqsədilə RF SQ Baş qərargah rəisinin müavini Sergey İstrakovun başçılıq etdiyi nümayəndə heyəti Yerevana beş günlük səfər edib.

"İyulun 17-də qərargah danışıqları yekunlaşdırıldı. İstrakovun başçılıq etdiyi heyət danışıqların nəticəsi barədə məlumat verdi, sonrakıl addımları müəyyənləşdirdi. Ermənistan SQ Baş qərargah rəisi Artak Davtyan Rusiya nümayəndə heyətinə sıx əməkdaşlığa görə təşəkkür etdi. Erməni-rus hərbi əməkdaşlığının gələcək istiqamətləri müzakirə olundu, qarşılıqlı fəaliyyət barədə memorandum imzalandı", - məlumatda vurğulanır.

Eləcə də oxuyun:

  • Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev

  • Ermənistan dövlət sərhədi boyu Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - MN

  • Hələ heç nə bitməyib: Korotçenko Ermənistanın revanşizminin pərdəarxası barədə

  • Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub

 

Xəbər lenti
0