Britaniya uşaqların COVID-19-a qarşı kütləvi vaksinasiyasından imtina etdi

© REUTERS / PETER CZIBORRAСитуация в связи с эпидемиологической обстановкой в Великобритании
Ситуация в связи с эпидемиологической обстановкой в Великобритании  - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Abunə olmaq
Böyük Britaniyada iyulun 19-da koronavirusla bağlı bütün məhdudiyyətlərin götürüləcəyi deyilir: maska taxılması və sosial distansiya saxlanması vacib olmayacaq.

BAKI, 18 iyul - Sputnik. Böyük Britaniya hökuməti uşaqların və yeniyetmələrin COVID-19-a qarşı kütləvi peyvəndlənməsindın imtina edib.

Sputnik Azərbaycan bildirir ki, Telegraph qəzetinin yazdığına görə, peyvənd yalnız istisna hallarda vurulacaq.

Nəşr qeyd edir ki, Vaksinasiya və İmmunizasiya üzrə Birləşmiş Komitə (JCVI) britaniyalı nazirlərə mümkün risklər barədə kifayət qədər məlumat əldə edilməyincə uşaqların kütləvi vaksinasiyası fikrindən daşınmağı məsləhət görüb. 

Ehtimal olunur ki, koronavirus infeksiyasına yoluxmaq riski xüsusilə yüksək olan və ya immunitetləri zəif olan yaşlı insanlarla birlikdə yaşayan 12-15 yaşlı uşaqlar peyvənd edilə bilərlər. Həmçinin üç aydan sonra həddi-büluğa çatan şəxslər üçün də vaksinasiya əlçatan olacaq. 

Qəzet yazır ki, ABŞ, İsrail və Fransa 12 yaşdan yuxarı uşaqların vaksin olunmasını məqbul sayır.

 

Qeyd olunur ki, COVID-19-a həssas 16 yaşlı yeniyetmələr "risk qrupuna daxil" 16-65 yaşlı insanları əhatə edən altıncı vaksin kampaniyası çərçivəsində peyvənd oluna bilərlər. 

Telegraph həmçinin vurğulayıb ki, müvafiq təlimatlar rəsmi olaraq iyulun 19-da, İngiltərədə koronavirusla bağlı bütün məhdudiyyətlərin götürüləcəyi, maska taxılması və sosial distansiya saxlanmasının vacib hesab edilməyəcəyi tarixdə dərc olunacaq.

Eləcə də oxuyun:

Xəbər lenti
0