Birləşmiş Ştatlar 12,5 min əfqanı təxliyə edəcək

© AFP 2023 / ROSLAN RAHMANАмериканские военнослужащие в авиабазе "Баграм", Афганистан, фото из архива
Американские военнослужащие в авиабазе Баграм, Афганистан, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
NBC News-un məlumatına görə, 2500 əfqanıstanlı ABŞ-a aparılacaq, on min nəfər isə xaricdəki bazada yerləşdiriləcək.

BAKI, 17 iyul — Sputnik. ABŞ təxliyə olunacaq Əfqanıstan vətəndaşlarından 2500 nəfərini, əvvəl planlaşdırıldığı kimi, üçüncü ölkələrə deyil öz ərazisinə aparacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ KİV-lərinə eyni zamanda prezident administrasiyasındakı üç mənbədən məlumat verilib.

Ağ Evin rəhbəri Co Bayden bir müddət öncə amerikalılarla əməkdaşlıq etmiş minlərlə vətəndaşın Əfqanıstandan təxliyə olunacağını bildirib. Əvvəlcə onların ABŞ-da daimi yaşamaq barədə ərizələrinin baxılacağı dövr ərzində üçüncü ölkələrin ərazisində saxlanacağı nəzərdə tutulurdu.

Lakin ölkədən çıxarılacaq əfqanların nisbətən az bir hissəsi – 2500 nəfər artıq təhlükəsizlik yoxlamasından artıq keçib və bu da onların ailələri ilə birlikdə birbaşa ABŞ-a aparılmasına imkan verir, - deyə Dövlət Departamentinin və Pentaqonun nümayəndələri NBC News-a bildiriblər.

Tibbi yoxlamadan sonra onların ABŞ-da qaçqın qismində qalmasına icazə veriləcək.

Əlavə olaraq 10 min nəfərin ABŞ-ın ölkədən kənardakı və ya üçüncü ölkədəki hərbi bazasına aparılması nəzərdə tutulur.

Telekanalın məlumatına görə, təxliyə işlərinin yaxın bir neçə gün ərzində başlanacağı gözlənilir.

Qeyd edək ki, 20 minə qədər ABŞ-la əməkdaşlıq etmiş əfqanıstanlı bu ölkənin qoşunlarının çıxarılmasından sonra həyatını itirmək təhlükəsindən ehtiyat edərək Birləşmiş Ştatlara köçmək barədə ərizə ilə müraciət ediblər.

Pentaqon Kabildəki səfirliyin mühafizəsi üçün kiçik bir kontingenti saxlamaqla yerdə qalan bütün hərbi qulluqçularını avqustun sonuna qədər Əfqanıstandan çıxarmaq niyyətindədir.

Xəbər lenti
0