Taliblər Kabilə müvəqqəti atəşkəs təklif ediblər

© REUTERS / Rahmat GulАфганские ополченцы в Кабуле, Афганистан, 3 июня 2021 года.
Афганские ополченцы в Кабуле, Афганистан, 3 июня 2021 года. - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Taliban siyasi ofisinin nümayəndəsi dəqiqləşdirib ki, taliblər Əfqanıstanda atəşin dayandırılmasını deyil, hərbi əməliyyatların məhdudlaşdırılmasını təklif edirlər.

BAKI, 15 iyul — Sputnik. Taliban* hərəkatı Əfqanıstan hökumətinə müraciət edərək üç ay müddətində atəşin dayandırılmasını təklif edib. Bu barədə taliblərlə Dohada keçirilən danışıqlarda iştirak edən Əfqanıstan hökumət nümayəndə heyətinin üzvü Nader Naderi məlumat verib.

"Taliblər üç aylıq atəşkəs təklif ediblər, lakin Əfqanıstan hökumətindən həbsdə olan yeddi min tərəfdarlarının azad edilməsini də tələb ediblər. Bu, ciddi tələbdir. Biz artıq beş min talibin həbsdən azad olunmasının vəziyyəti yaxşılaşdırmadığının, əksinə, gərginliyin artmasına gətirdiyinin şahidi olmuşuq", - deyə Pajvok agentliyi Naderinin sözlərini sitat gətirir.

Öz növbəsində Taliban hərəkatının siyasi ofisinin nümayəndəsi Muhamməd Naim RİA Novosti-yə müsahibəsində dəqiqləşdirib ki, taliblər Əfqanıstanda atəşin dayandırılmasını deyil, hərbi əməliyyatların məhdudlaşdırılmasını təklif edirlər.

"Biz atəşin dayandırılmasından deyil, yalnız hərbi əməliyyatların məhdudlaşdırılmasından danışmışıq", - deyə o bildirib.

Mətbuat konfransı Dohadakı danışıqlara yollanacaq on bir Əfqanıstan siyasi xadimlərinin iyulun 15-də Kabildə keçirilməli olan görüşü ərəfəsində baş tutub.

Dohadakı görüşdə iştirak edəcək nümayəndə heyətinə həmçinin Əfqanıstan prezidenti Həmid Karzai və milli barışıq üzrə Əfqanıstan ali şurasının sədri Abdulla Abdullanın da daxil olacağı gözlənilir.

Taliblərin nümayəndə heyətinə isə onların əsas sözçüsü Əbdül Qəni Bəradər başçılıq edəcək.

Əfqanıstanda nə baş verir

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0