12:54 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
DÜNYA
Qısa URL
24 0 0

Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov konkret tarix açıqladı.

BAKI, 14 iyul — Sputnik. Rusiya Federasiyasının proqnozlarına görə, Əfqanıstanda hərbi əməliyyatlar daha iki ay da davam edə bilər. Həmin müddətdə Taliban bir neçə əyaləti də nəzarət altına ala bilər, ancaq bu heç də o demək deyil ki, taliblər ölkədə hakimiyyəti tamamilə ələ keçirəcəklər. Bunu RİA Novosti-yə Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib.

"Aktiv döyüş mövsümü daha iki ay da davam edəcək və onlar (taliblər-red.) bir neçə əyaləti də götürə bilərlər. Əgər vəziyyəti sırf hərbi nöqteyi-nəzərdən qiymətləndirməli olsaq, bəli, bu mümkündür. Ancaq bu onların Əfqanıstanın tam hakimi olacaqları demək deyil. Bu ancaq o deməkdir ki, hakimiyyətin eqoizminin əvəzini əfqan xalqı ödəməli olur. Çünki əzab çəkən saraylarda oturanlar deyil, xalqdır", – deyə Kabulov bildirib.

Qeyd edək ki, Əfqanıstanda kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə qarşı hücuma başlayan Taliban silahlıları ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Əfqanıstandakı qeyri-sabit vəziyyət ABŞ hakimiyyətinin 11 sentyabr tarixinə qədər Əfqanıstan torpaqlarından qoşunların çıxarılmasının başa çatdıracağı barədə vədləri fonunda bir az da gərginləşib. 2020-ci ildə Dohada Vaşinqton və Taliban arasında 18 ildən artıq sürən müharibənin ilk sülh müqaviləsi imzalanıb. Sənəd Əfqanıstandan xarici qoşunların 14 ay ərzində geri çəkilməsini və əsirlərin mübadiləsindən sonra əfqanlar arasında dialoqun başlanmasını nəzərdə tutur.

*Taliban – Rusiyada qadağan olunmuş terrorist təşkilatı

Əsas mövzular