CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İordaniyanın nüfuzlu qəzetlərində Oxçuçaya həsr olunmuş məqalələr dərc edilib

© Sputnik / Rahim MuradovDağ çayı, arxiv şəkli
Dağ çayı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Həmin mətbu orqanlarda Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara və Almaniya dövlətinə müraciət edərək, ekoterrorun qarşısının alınması ilə əlaqədar müvafiq addımların atılmasını tələb etdiyi vurğulanıb.

BAKI, 14 iyul — Sputnik. Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin İordaniya üzrə əlaqələndiricisi Samia Xamisin təşəbbüsü ilə İordaniyanın nüfuzlu "Neyruz" və "Əl Ənbat" qəzetlərində Oxçuçaya həsr olunmuş məqalələr dərc edilib.

Sputnik Azərbaycan xəbər verir ki, məqalələrdə ölkəmizin Zəngilan rayonu ərazisindən keçən, məişət və kənd təsərrüfatında su mənbəyi kimi istifadə edilən Araz çayına tökülən Oxçuçaya qarşı Ermənistan və Almaniya şirkəti tərəfindən törədilən ekoloji cinayət barədə ətraflı məlumat verilib. Dəhşətli ekoterrorun indiyədək davam etdirilməsinə diqqət cəlb edilib. Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara və Almaniya dövlətinə müraciət edərək, ekoterrorun qarşısının alınması ilə əlaqədar müvafiq addımların atılmasını tələb etdiyi vurğulanıb.

Oxçuçay

Qeyd edək ki, Araz çayının sol qolu olan Oxçuçay çayının uzunluğu 83 km, sahəsi 1,175 km2-dir. Mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür. Əsas axınını qar (46%), yağış (10%) və yeraltı (44%) sular formalaşdırır. Orta illik su axını 10 m3/san, orta illik həcmi 315 milyon m3-dir. İllik axının 40%-i yaz dövründə, 43%-i yayda, 10%-i payızda, 7%-i qış mövsümündə formalaşır.

Eləcə də oxuyun:

Xəbər lenti
0