01:20 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
DÜNYA
Qısa URL
29 0 0

Gecə saatlarında naməlum şəxslər prezidentin iqamətgahına hücum ediblər. Onlardan bəziləri ispan dilində danışıblar.

BAKI, 7 iyul — Sputnik. Haiti Prezidenti Jovenel Moiz iqamətgahında güllələnərək öldürülüb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Haitinin Baş nazirinin səlahiyyətlərini icra edən Klod Jozef bildirib.

Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib ki, gecə saatlarında naməlum şəxslər prezidentin iqamətgahına hücum ediblər. Onlardan bəziləri ispan dilində danışıblar. Hücum nəticəsində ölkənin birinci xanımı da yaralanıb. Qadının öldüyü barədə xəbərlər yayılsa da, sonradan onun müalicə üçün ABŞ-a göndərildiyi deyilib.

Qeyd olunur ki, bu, Jovenel Moizə qarşı ilk sui-qəsd deyil. Fevral ayında polis bu ölkədə dövlət çevrilişi və ölkə rəhbərinin qətlə yetirilməsi cəhdinin qarşısını alıb.

Teqlər:
qətl, Prezident, Haiti

Əsas mövzular