Dünyanın ən varlı adamı şirkətdəki vəzifəsindən ayrıldı: İndi sırada kosmosa uçmaqdır

© REUTERS / Isaiah DowningДжефф Безос на корабле своей компании Blue Origin
Джефф Безос на корабле своей компании Blue Origin - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Şirkətin yeni rəhbəri vəzifəsinə "Web Services" şöbəsini quran və ona rəhbərlik edən Endi Cessi təyin olunub.

BAKI, 5 iyul — Sputnik. "Amazon"un qurucusu Ceff Bezos dünyanın ən böyük onlayn pərakəndə platformasının baş direktoru vəzifəsindən ayrılıb.

Sputnik Azərbaycan "Amazon"a istinadla xəbər verir ki, şirkətin yeni rəhbəri vəzifəsinə "Web Services" şöbəsini quran və ona rəhbərlik edən Endi Cessi təyin olunub.

C.Bezosun bu vəzifədən gedəcəyi fevral ayında məlum olub. May ayında o, 5 iyul tarixində vəzifəsindən ayrılacağını açıqlamışdı.

57 yaşlı iş adamı vəzifəsindən getdikdən sonra şirkətin İdarə Heyətinin sədri olaraq qalacaq. O, şirkətin səhmlərinin 10%-dən çoxuna sahibdir.

Qeyd edək ki, "Forbes" jurnalına görə, Bezos 177 mlrd. ABŞ dollarlıq sərvətlə dünyanın ən zəngin iş adamları siyahısına başçılıq edir.

Bezosun fikrincə, şirkətin yaxşı maliyyə göstəriciləri və sabit vəziyyəti ona öz vəzifəsini dəyişməyə imkan verir.

“Hazırda "Amazon"un innovasiyanın ən yüksək səviyyəsində olduğunu görürəm və bunun sayəsində belə bir dəyişikliyin vaxtı gəldi", - mətbuat xidməti şirkətin baş direktorunun sözlərini sitat gətirib.

“Forbes” jurnalının məlumatına görə, Bezos hazırda dünyada ən varlı insandır.

Amazon" şirkətinin rəhbəri, öz qardaşı və "Blue Origin" şirkətinin keçirdiyi auksionda qalib gələn şəxslə birgə iyulun 20-si kosmosa uçacaq. Bunu Ceff Bezos öz "Instagram" səhifəsində yazıb.

"Beş yaşımdan kosmosa səyahət etmək barədə düşünmüşəm. İyulun 20-si bu səyahətə qardaşımla birlikdə gedəcəyəm. Ən yaxşı dostumla möhtəşəm səyahət", - deyə Bezos bildirib.

Həmçinin oxuyun:

* “Amazon” un banisi baş direktor vəzifəsini tərk edir

Dünyanın ən varlı adamı kosmosa uçacaq

 

Xəbər lenti
0