19:18 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
DÜNYA
Qısa URL
9 0 0

"Şərq tərəfdaşlığı"nda iştirakı və Aİ ilə readmissiya razılaşmasını dayandırmaqdan əlavə, Belarus XİN digər cavab tədbirləri də hazırlayıb, bunlar arasında iqtisadi sanksiyalar da var.

BAKI, 28 iyun - Sputnik. Belarusun bir sıra hüquqi və fiziki şəxsinə qarşı Avropa İttifaqının sanksiya tətbiq etməsinə cavab tədbirləri hazırlanır. Sputnik Belarus xəbər verir ki, bu minvalla bu gün Aİ-nin Belarusdakı nümayəndəliyinin başçısı Belarus XİN-ə çağırılıb.

"Belarusun milli təhlükəsizliyini təhdid edən, onun vətəndaşlarına və iqtisadiyyatına birbaşa zərbə vuran hərəkətlərə qarşı məcbur olaraq gördüyümüz konkret tədbirlər barədə məlumat diplomatın diqqətinə çatdırılıb", - Belarus XİN-in məlumatında deyilir. 

Minsk Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsündə iştirakını dayandırır və Aİ ilə readmissiya üzrə Müqavilənin "dondurulması" prosedurunu başladır.

Qeyd olunur ki, sanksiyalar çərçivəsində Belarus öz vəzifələrini tam olaraq yerinə yetirə bilməyəcək. "Böyük təəssüflə qeyd edirik ki, Müqavilənin məcburi dayandırılması qeyri-leqal miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrə mənfi təsir göstərəcək", - məlumatda bildirilir.

Belarusun Aİ yanında daimi nümayəndəsi də məsləhətləşmələr üçün Minskə çağırılıb. Dirk Şubelə isə Brüsselə dönüb Belarus tərəfinin "təziq və sanksiyaların yersizliyi" barədə mövqeyini İttifaqın diqqətinə çatdırmaq təklif olunub.

Sanksiya siyahısına düşən vətəndaşların Aİ ölkələrinə səfərinə qadağa qoyulmasına qarşılıq olaraq Minsk də sanksiyaların tətbiqinə yardım etmiş şəxslərə və Avropa strukturlarının nümayəndələrinə məhdudiyyət qoyacaq.  

 

Belarus XİN digər cavab tədbirləri də hazırlayır, buraya iqtisadi sanksiyalar da daxildir. Eyni zamanda qurumdan bildirilib ki, "bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsipləri əsasında" Avropa İttifaqı ilə əməkdaşlıq etməyə, dialoq aparmağa hazırdır.

 

Belarusa qarşı sanksiyalar

Belarusa qarşı sektoral sanksiyalar iyunun 25-də qüvvəyə minib. Bunlara görə, Aİ ərazisində Belarusun neft yağları, neft qazı və digər karbohidrogenləri, parafin mumu, torf mumu və analoji məhsullar, neft koksu və bitum, asfalt-beton qarışıqları və digər təbii bitum əsaslı qarışıqlar idxal oluna və daşına bilməz.

 

İyunun 21-də isə Avropa İttifaqı Belarusun 78 vətəndaşı və 8 müəssisəsinə qarşı sanksiya tətbiq edib.

Bundan başqa, avropalı biznesmenlərə və şirkətlərə Aİ-nin sanksiya siyahısında göstərilən şəxslərə maliyyə vəsaiti təqdim etmək yasaqlanır.

Siyahıda hazırda 166 fiziki və 15 hüquqi şəxs var.

Avropa Parlamentinin qətnaməsi 

Avropa Parlamenti iyunun 10-da Belarus üzrə qətnamə qəbul edib. Sənəddə Aİ hökumətinə Belarusa qarşı iqtisadi və fərdi sanksiyalar tətbiq etməyə, eləcə də ölkəni SWIFT ödəmə sistemindən çıxarmağa dair çağırış edilir.

 

Həmçinin qətnamədə Belarusun dövlət banklarının maliyyələşdirilməsinin dayandırılması və beynəlxalq bankların Belarusdakı filiallarının kredit xətlərinin məhdudlaşdırılması da yer alır.

 

Teqlər:
sanksiya, Avropa İttifaqı, Belarus, Minsk

Əsas mövzular