10:34 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0154
  • RUB0.0231
DÜNYA
Qısa URL
17 0 0

Ermənistan Seçki Məcəlləsinə görə, "Şərəfim var" blokunun topladığı səs parlamentdə təmsil olunmaq üçün kifayət etməyib. Bu məqsədlə blokun ən az 7 faiz səs qazanması tələb olunurdu.

BAKI, 27 iyun — Sputnik. Ermənistan Mərkəzi Seçki Komissiyası bu gün 20 iyun tarixində keçirilmiş erkən parlament seçkisinin yekun nəticəsini elan edib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, həmin nəticəyə əsasən, Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın partiyası 53,91% səs qazanıb.

"Seçkilərdə 2 milyon 595 min 512 nəfər seçici siyahılarına daxil edilib, səsvermədə isə 1 milyon 281 min 997 və ya seçicilərin 49, 39%-i iştirak edib. 688,761 nəfər və ya 53, 91 % "İctimai müqavilə" partiyasına səs verib. "Ermənistan" blokuna (keçmiş Prezident Robert Köçəryanın - red.) səs verənlərin sayı isə 269 min 481 nəfər və ya 21, 9 % olub. "Şərəfim var" blokuna (keçmiş prezident Serj Sarkisyanın - red.) isə seçicilərin yalnız 66 min 650 nəfəri və ya 5, 22 %-i səs verib", - deyə MSK rəhbəri Tiqran Mukuçyan yekun protokloun imzalanmasından əvvəl keçirilən iclada bəyan edib.

MSK-nın məlumatına görə, Paşinyanin partiyası Ermənistanın yenidən formalaşdırılacaq parlamentində 71 mandat alacaq. Köçəryan və Sarqsyanın blokları isə müvafiq olaraq 29 və 7 mandat əldə edəcəklər.

Ermənistanda seçki

Ermənistanda parlament seçkisi iyunun 20-də keçirilib.

Ölkə özünü müstəqil respublika elan etdikdən sonra sayca 8-ci dəfə keçirilən bu seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb və saat 20:00-da başa çatıb.

Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Son seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edib.

Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf verilib. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılıb.

Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşib.

Ölkədə 2,583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs veriblər.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçirilib.

Eləcə də oxuyun:

  • Paşinyan bəyan edib ki, partiyası parlamentdə konstitusional çoxluq əldə edəcək

  • Ermənistan seçkiləri regiona nə vəd edir? – politoloq şərhi

  • Sarqsyandan acı etiraf: "Məni ancaq Allah bağışlaya bilər, başqa heç kim"

Teqlər:
parlament, seçki, Ermənistan

Əsas mövzular