Sanksiyalar az idi, indi də sektoral sanksiyalar gəldi

© Sputnik Viktor Tolochko / Mediabanka keçidВид на город Минск, фото из архива
Вид на город Минск, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
İyunun 21-də Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus vətəndaşları və təşkilatlarına qarşı yeni sanksiyalar qəbul edib.

BAKI, 24 iyun — Sputnik. Avropa İttifaqı bu gün Belarusa qarşı sektoral iqtisadi sanksiyalar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilir.

Sanksiyalara əsasən, Belarusa rabitənin monitorinqi üçün texnologiya və ikili təyinata malik məhsulların ixracı qadağan olunacaq, Belarusla neft məhsulları, kalium gübrələri, tütün məhsulları ilə ticarət məhdudlaşdırılacaq.

Bundan əlavə, Belarusun Avropa İttifaqının maliyyə bazarlarına çıxışı məhdudlaşdırılacaq.

Qeyd edək ki, iyunun 21-də Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus vətəndaşları və təşkilatlarına qarşı yeni sanksiyalar qəbul edib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar 16 fiziki şəxsə, həmçinin Belarus Milli Təhlükəsizlik Komitəsinə, Belarus DİN-in Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə mübarizə üzrə Baş İdarəsinə, Belarus DİN-in Daxili Qoşunlarına, Minskin Akrestsin küçəsindəki cinayətkarların təcrid olunması Mərkəzinə də şamil olunacaq.

ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısında Belarus Prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont, Belarus Parlamentinin yuxarı palatasının spikeri Natalya Koçanova, Belarus Milli Təhlükəsizlik Komitəsinin "Alfa" xüsusi dəstəsinin komandiri Sergey Zubkov, Minskin milis rəisi Mixail Qrib, Belarusun ədliyyə nazirinin müavini Sergey Kalinovski və Belarusun Baş prokuroru Andrey Şvedinin də adları var.

Brüsselin sanksiya siyahısında isə 78 fiziki şəxs və 8 təşkilatın adı qeyd olunub. Sanksiyalar Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minib.

Siyahıda olan şəxslərin Aİ-də bütün aktivləri dondurulacaq və onların Aİ-yə səyahəti qadağan olunacaq.

Ümumilikdə Aİ-nin Belarusla bağlı tətbiq etdiyi üç sanksiya paketi çərçivəsində Aleksandr Lukaşenko da daxil olmaqla 166 Belarus vətəndaşı və 15 təşkilata qarşı sanksiya qəbul olunub.

Xəbər lenti
0