Minalanmış ərazilərin xəritəsini Ermənistanda kim gizlədirmiş

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел Армении Ара Айвазян, фото из архива
Министр иностранных дел Армении Ара Айвазян, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Ermənistan hakimiyyətinin mina xəritələrini əsirlərin qaytarılması qarşılığında təhvil verməyə hazır olub-olmaması barədə suala cavabında A. Qriqoryan istənilən konstruktiv addıma analoji qaydada cavab verməyə hazır olduqlarını deyib

BAKI, 22 iyun — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə ittiham edib.

Sputnik Azərbaycan xəbər verir ki, A. Qriqoryan "Azdlıq" radiosunun erməni redaksiyasına müsahibəsində bildirib ki, əsir məsələsini mayın 27-dək həll etmək mümkün olmayıb.

"Ayvazyan bizim tərəfdaşlara deyirdi ki, guya minalanmış ərazilərin xəritəsi mövcud deyil, hansıları ki, artıq o, istefa verəndən sonra biz qarşı tərəfə verdik. Ayvazyan istefa verəndən sonra məsələ həll olundu", - deyə o qeyd edib.

A. Qriqoryanın sözlərinə görə, A. Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin qaytarılması prosesini əngəlləyib.

A. Qriqoryan hesab edir ki, sabiq nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmayıb və o, yalnız Baş nazir əvəzi Nikol Paşinyanın siyasi komandası üçün problemlər yaratmaq məqsədi güdüb: "Bizdə suallar yaranır, necə oldu ki, problem uzun müddət həll olunmurdu, Ara Ayvazyan istefa verən kimi və danışıqlarda iştirakı dayanan anda məsələ həllini tapdı?"

Ermənistan hakimiyyətinin mina xəritələrini əsirlərin qaytarılması qarşılığında təhvil verməyə hazır olub-olmaması barədə suala cavabında A. Qriqoryan istənilən konstruktiv addıma analoji qaydada cavab verməyə hazır olduqlarını deyib.

Ayvazyanın istefası

Qeyd edək ki, A.Ayvazyan mayın 27-də N. Paşinyan Azərbaycanla sərhəddə vəziyyətin de-eskalasiyasına dair planını açıqlayandan sonra xarici işlər naziri vəzifəsindən istefa verib. Onun ardınca isə 3 müavini – Qaqik Qalaçyan, Artak Apitonyan və Armen Gevondyan da istefasını açıqlayıb.

Sonuncunu istefası qəbul olunmayıb.

Ağdamın mina xəritələri

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0