Antoniu Quterrişə böyük etimad

© AP Photo / Hussein MallaAntoniu Quterriş suriyalı qaçqın düşərgəsində, 29 noyabr 2013-cü il
Antoniu Quterriş suriyalı qaçqın düşərgəsində, 29 noyabr 2013-cü il - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Volkan Bozkır böyük məmnunluq hissi ilə Antoniu Quterrişin 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək ikinci müddətə BMT-nin Baş katibi təyin edildiyini bildirib.

BAKI, 18 iyun - Sputnik. BMT Baş Assambleyasının bu gün keçirilmiş iclası zamanı Antoniu Quterriş ikinci müddətə təşkilatın Baş katibi təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, müvafiq qərarı BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır açıqlayıb.

"Böyük məmnunluq hissi ilə bəyan edirəm ki, Antoniu Quterriş 2022-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək ikinci müddətə BMT-nin Baş katibi təyin edilib”, - Bozkır deyib. 

Quterriş BMT-nin baş katibi vəzifəsinə yeganə namizəd idi. Daha əvvəl onun namizədliyini BMT-nin Təhlükəsizlik Şurası dəstəkləmişdi.

Antoniu Quterriş kimdir

Antoniu Manuel di Oliveyra Quterreş 30 aprel 1949-cu ildə Lissabonda anadan olub. O, BMT-nin Baş katibi postuna Portuqaliya siyasətindən gəlib. 1992-2002-ci illərdə Portuqaliya Sosialist Partiyasının Baş katibi (1974-cü ildən üzvüdür), 1995-2002-ci illərdə Portuqaliya Respublikasının Baş Naziri, 1999-2005-ci illərdə Sosialist İnternasionalının Prezidenti, 2005-2015-ci illərdə BMT qaçqınlar üzrə Ali Komissarlığın Baş Komissarı olub.

7 aprel 2016-cı ildən Portuqaliyanın dövlət katibidir. 5 oktyabr 2016-cı ildə Quterreşin BMT Təhlükəsizlik Şurasında BMT Baş Katibi postuna səsvermədə qalib gəldiyi elan edilib.

Xəbər lenti
0