07:06 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
DÜNYA
Qısa URL
2530 0 0

Çərşənbə günü, iyunun 16-da Cenevrədə, “La Qranj” iqamətgahında Rusiya və ABŞ liderləri görüş keçiriblər. Öncə Putin, sonra Bayden jurnalistlər qarşısına çıxıblar.

BAKI, 16 iyun - Sputnik. Çərşənbə günü Cenevrədəki La Qranj iqamətgahında keçirilən 3,5 saatlıq görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden media önünı çıxaraq jurnalistlərin suallarını cavablayıblar.

Öncə Putin danışıqların konstruktiv, prinsipial məcrada keçdiyini söyləyib.

Büllur hədiyyə və stabillik istəyi

CNN telekanalı xəbər verir ki, Cenevrədəki görüşdə Co Bayden Vladimir Putinə büllur heykəl və aviator eynəyi bağışlayıb.

Baydenin ilk sözü isə Rusiyanın hərəkətlərinin stabil və təxminolunan olması istəyi olub.

"İki əzəmətli və qürurlu ölkənin münasibətlərinin idarə olunmasında prezident Putinlə mən unikal məsuliyyəti bölüşürük. Bu münasibətlər stabil və təxminolunan olmalıdır", - Bayden söyləyib.

Amerika prezidenti əlavə edib ki, liderlər arasında şəxsi görüşü heç nə əvəz edə bilməz. 

Yenə Navalnı 

"Putinə dedim ki, əgər insan hüquqlarını müdafiə etməsəm, o zaman xalqımın etimadını doğrulda bilmərəm. Dedim ki, RF-lə dialoqda insan hüquqları məsələləirin qaldırmaqda davam edəcəyik. Yəni Navalnı işi kimi məsələləri qaldıracağıq". 

Silahlanma məsələləri

"Reaksiya vaxtını qısaldan yeni silahlanma sistemlərinə nəzarət etmək lazımdır. Putinin soyuq müharibə istıədiyini hüsab etmirəm. Soyuq müharibə nə Rusiyanın, nə ABŞ-ın marağındadır və Putin bunu bilir", - Bayden söyləyib.

O, əlavə edib ki, Rusiya dünyaya diktə eləməməlidir.

 

Xəbər real vaxt rejimində yenilənir.

 

Eləcə də oxuyun:

Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı? - VİDEO

 

Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı

 

Teqlər:
Vladimir Putin, Rusiya, sammit, Cenevrə, Co Bayden

Əsas mövzular