21:49 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
DÜNYA
Qısa URL
13 0 0

İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə də iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.

BAKI, 16 iyun — Sputnik. İran parlamentinin deputatı, Parlamentin Araşdırma Mərkəzinin rəhbəri Əlirza Zakani prezident seçkilərində öz namizədliyini, digər namizəd Ali Məhkəmənin sədri İbrahim Rəisinin xeyrinə geri götürdüyünü bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Zakani "Gənc Jurnalistlər Klubu" agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl İran Məclisinin deputatları prezident seçkilərində iştirak edən mühafizəkarları öz namizədliklərini Rəisinin xeyrinə geri götürməyə çağırıb.

Xatırladaq ki, İranın keçmiş vitse-prezidenti, prezidentliyə namizəd Möhsün Mehrəlizadə iyunun 18-də keçiriləcək seçkidə iştirakdan imtina edib.

Mehrəlizadə məktubda seçkidə iştirakdan imtina etməsinin səbəbini açıqlamayıb.

Xatırladaq ki, prezidentliyə 7 namizəd qeydə alınmışdı: İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzayi, Mərkəzi Bankın keçmiş müdiri Abdülnasir Himməti, Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyn Kazizadə-Haşimi. Hazırda namizədlərin sayı 5-ə düşüb.

Əsas mövzular