06:30 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
DÜNYA
Qısa URL
214 0 0

Bu gün İsraildə rəsmi şəkildə Binyamin Netanyahunun on iki illik hökumət başçısı dövrünə son qoyulub.

BAKI, 13 iyun — Sputnik. “Yamina” partiyasının lideri Naftali Bennet İsrailin yeni baş naziri seçilib

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Knessetdə baş nazir postuna səsvermə canlı yayımlanıb.

Deputatlardan 60-ı N.Bennetin lehinə, 59-u isə əleyhinə səs verib.

N.Bennet iki il müddətinə ölkənin Baş naziri olacaq. Koalisiyanın razılaşmasına əsasən daha sonra onu “Yeş Atid” lideri Yair Lapid əvəz edəcək.

Əvvəlki baş nazir və "Likud" partiyasının lideri Binyamin Netanyahu parlament müxalifətinin rəhbəri olacaq. O 12 il hökumətə başçılıq edib.

Knessetin yeni spikeri isə "Yeş Atid"in təmsilçisi Miki Levi seçilib. Ona 67 parlamentari seçilib.

Əsas mövzular