23:51 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
DÜNYA
Qısa URL
457 0 0

ABŞ prezidenti bəzilərinin şərhlərinə rəğmən, protokol qaydalarını pozaraq İkinci Yelizavetaya toxunmağa cəhd etməyib.

BAKI, 13 iyun - Sputnik. Böyük Britaniya kraliçası İkinci Yelizaveta iyunun 13-də Vindzor qəsrində ABŞ prezidenti Co Baydeni və onun xanımı Cilli qəbul edib.

Salamlaşma zamanı Bayden KİV və sosial şəbəkələrdəki şərhlərə rəğmən, sələfi kimi protokolu pozmayıb və kraliçaya toxunmağa cəhd etməyib.

Helikopterdən avtomobilə

Bayden Vindzora üçgünlük G7 sammitinin başa çatdığı Kornuolldan helikopterlə gəlib. Bundan sonra ABŞ prezidenti avtomobilə minərək qəsrə doğru yönəlib.

Range Rover qəsrin daxili həyətinə daxil olaraq qonaqları gözləyən kraliçanın dayandığı podiuma yaxınlaşıb. 

İkinci Yelizaveta güllü donda və çəhrayı şlyapada idi.

Salamlaşma zamanı Bayden protokolu pozmayıb və kraliçaya toxunmağa cəhd etməyib. Lakin onun xanımı salamlaşma zamanı pencəyinin sol cibinə nəsə qoymağa cəhd edib.

Baydeni sarayda fəxri qarovul qarşılayıb, orkestr ABŞ himnini ifa edib. Bundan sonra kraliça və Bayden cütlüyü qısa parada baxıblar və çay süfrəsi planlaşdrılan qəsrə keçiblər.

Səəri işıqlandıran jurnalistlərin məlumatına görə, kraliça özü pzünə çay süzüb və qonaqlara sendviç və tort təklif edib. Görüş planlaşdırıldığından 20 dəqiqə çox çəkib.

Lap ana kimi

ABŞ prezidenti Co Bayden Böyük Britaniya kraliçası ilə görüşdən sonra deyib ki, sonuncu ona anasını xatırladır.

"O xeyirxahlığı və zahiri görkəmi ilə mənə anamı xatırlatdı", - prezident Böyük Britaniyanı tərk etməmişdən reportyorlara deyib. Bayden kraliçanı Ağ evə dəvət etdiyini təsdiqləyib.

O həmçinin bildirib ki, kraliça ondan Rusiya prezidenti Vladimir Putin və ÇXR sədri Si Tszinpin barədə soruşub.

"Bizim uzun söhbətimiz oldu", - ABŞ lideri deyib.

39 ildən sonra görüş

Ağ evin məlumatlarına əsasən, ilk dəfə Bayden Britaniya kraliçası ilə 39 il əvvəl - 1982-ci ildə senator olarkən görüşüb. Bayden İkinci Yelizavetanın qəbul etdiyi 13-cü ABŞ prezidentidir.

Xatırladaq ki, 2019-cu ildə ABŞ prezidenti Donald Tramp protokolu pozaraq kraliçanın belinə toxunub. Trampdan əvvəlki prezidentin xanımı Mişel Obama protokolu daha kobud şəkildə pozub. O nəinki kraliçaya toxunub, hətta onu qucaqlayıb. Kraliça isə vəziyyətdən çıxmaq üçün Mişel Obamanı  qucaqlamalı olub.

Əsas mövzular