Çində səkkiz nəfər kimyəvi maddədən zəhərlənərək öldü

© AFP 2023Çində təcili yardım maşını, arxiv şəkli
Çində təcili yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Huşunu itirən insanlar xəstəxanaya çatdırılıblar. Mütəxəssislər artıq gündüz vaxtı ətraf mühitin monitorinqini apararaq bildiriblər ki, havanın keyfiyyəti normasındadır.

BAKI, 12 iyun - Sputnik. Çinin qərbindəki Quyçjou əyalətində kimyəvi maddənin sızması səbəbindən səkkiz nəfər ölüb, daha üç nəfər xəstəxanada müalicə alır.

Çinin Mərkəzi Televiziyasının məlumatına görə, şənbə günü yerli vaxtla 00:12-də yerli ictimai təhlükəsizlik idarəsinə Quyyan şəhərinin texniki-iqtisadi inkişaf rayonunda metilformiat (qarışqa turşusunun metil efiri - red.) maddəsini nəqliyyatdan boşaldarkən bir neçə nəfər huşunu itirib.

İlkin məlumata görə, kimyəvi maddə Sanqiang Xingxing Chemical müəssisəsinin ərazisində Hubey əyalətinə məxsus nömrə nişanlı nəqliyyat vasitəsindən boşaldılırmış.

 

Huşunu itirən insanlar xəstəxanaya çatdırılıblar. Mütəxəssislər artıq gündüz vaxtı ətraf mühitin monitorinqini apararaq bildiriblər ki, havanın keyfiyyəti normasındadır.

Hadisənin səbəbi hələ müəyyən olunmayıb, araşdırma davam edir.

Xəbər lenti
0