"Dəhşətli ssenari var": Qərb nəyə görə qoşunları Ukraynaya doğru çəkir

© AFP 2023 / GENYA SAVILOVАмериканские и украинские военнослужащие открытии совместных учений Fearless Guardian - 2015
Американские и украинские военнослужащие открытии совместных учений Fearless Guardian - 2015 - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
RİA Novosti-nin rəyini soruşduğu ekspertlərin hamısı bir məsələdə həmrəydirlər ki, böyük ehtimalla Kiyev Rusiya ilə açıq konfliktə girməməyi ağıl edər. Bunun səbəbi isə hər kəsə gün kimi aydındır.

BAKI, 11 iyun — Sputnik, Yeqor Nikitin. Kiyev rəhbərliyinin səyləri ilə müstəqil Ukrayna NATO ölkələrinin ordularının təlimləri üçün Şərqi Avropada ən böyük poliqona çevrilir. Yalnız bu il orada 11 min hərbçinin iştirakı ilə 7 çoxmillətli təlimlər keçirilib. Bu rəqəm dinc dövr üçün misli görünməmiş göstəricidir. Bu kimə sərfəlidir və nə ilə nəticələnə bilər

Dağılma təhlükəsi

Ekspertlərin fikrincə ABŞ-la (Rapid Trident 2021 və Sea Breeze 2021), Böyük Britaniya ilə (Kozak Mace 2021 və Warrior Watcher 2021), Polşa ilə ("Üç qılınc — 2021"и Silver Saber 2021) və Rumınıya ilə (Riverine 2021) birgə manevrlər, "Ukrayna prezidentinin 2021-ci ildə digər dövlətlərin silahlı qüvvələri bölmələrinin çoxmillətli təlimlərdə iştirak etmək üçün Ukrayna ərazisinə qəbulu barədə qərarının təsdiq edilməsi barədə qanunu imzalamaqla, Vladimir Zelenski Pandora qutusunu açıb. Perspektivdə bu Ukrayna üçün ən dəhşətli nəticələrə səbəb ola bilər.

"NATO qoşunlarının Ukraynada yerləşdirilməsi təhlükə yaradır. Ən pis ssenari isə dövlətin dağılmasıdır", - deyə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü "RİA Novosti"-yə bildirib.

Biz bilirik ki, qonşu dövlətlərin Kiyevə ərazi iddiaları var: Həm Polşa, həm Macarıstan böyük ehtimalla Zakarpatiya yaşayan etnik azlıqları dəstəkləyəcək. Aydındır ki, Qərb bu kartı oynamaq istəsə, Ukrayna ərazisi qonşu bölgələrə yayılacaq gözlənilməz bir xaos mənbəyinə çevriləcəkdir. Rusiya da daxil olmaqla."

Lakin son hadisələrə və bəyanatlara əsaslanaraq demək olar ki, Kiyev rəhbərliyinin bu cür riskləri hesablamaq üçün sadəcə vaxtı yoxdur – onlar uydurma Rusiya təhdidi üzündən yaratdıqları isteriyanı süni şəkildə qamçılamaq və bu bəhanə ilə okeanın o tayındakı havadarlarından yenə pay almaq üçün dəridən-qabıqdan çıxırlar. Ukrayna və onun milli maraqları isə onları qətiyyən narahat eləmir.

"Birgə təlimlər təkcə guya onların Ukraynanı yaddan çıxartmadığını nümayiş etdirmək üçün lazımdır, Qərb üçün faydalı olan iqtidarı qorumaq naminə buna ehtiyac var", – deyə Sokolov vurğulayır.

Sadəcə cəmiyyətə oynayırlar: aydın məsələdir ki, heç kim bu ölkə ilə hər hansı bir birlik yaratmaq fikrində deyil. ABŞ ən yaxşı halda orada hərbi mövcudluğunu təmin edər, manevr bəhanəsi ilə silah-sursat və hərbi texnika göndərər. Eləcə də, "Azov" batalyonu kimi müxtəlif qeyri-dövlət strukturlarının döyüşçülərini yetişdirər. Buna paralel olaraq ABŞ digər NATO ölkələri ilə birlikdə Ukraynada tamhüquqlu hərbi bazaya çevrilməsi asan olan baza məntəqələri sistemi formalaşdırar (bu, Ukrayna konstitusiyasına birbaşa zidd olduğu üçün hüquqi baxımdan qanunsuzdur). Sərhədləri yaxınlığında Rusiya əleyhinə hərbi potensialın artması isə Moskvanı narahat etməyə bilməz.

Özünü qoruma instinkti

RİA Novosti-nin rəyini soruşduğu ekspertlərin hamısı bir məsələdə həmrəydirlər ki, böyük ehtimalla Kiyev Rusiya ilə açıq konfliktə girməməyi ağıl edər. Bunun səbəbi isə hər kəsə gün kimi aydındır.

"Hərbi və iqtisadi potensial müqayisəedilməzdir. "Ukrayna Silahlı Qüvvələri sadəcə Rusiyaya ziyan vurmaq iqtidarında deyil. Bu mövzuda spekulyasiya çox olsa da, əslində, məncə, hətta ən qeyri-ciddi milliətçilər və Qərb tərəfindən satın alınanlar da belə bir addımı atmağa qərar vermədən əvvəl özünümüdafiə instinkti işə düşəcək", – deyə Sokolov vurğulayır.

Amerikalılara gəlincə, onlar Rusiyaya qarşı geniş miqyaslı döyüş əməliyyatlarına ehtiyac duymurlar və xüsusən də Pentaqon yaxşı bilir ki, hətta Ukrayna kimi əlverişli bir plasdarmdan belə nüvə gücünün birbaşa işə salınması üçüncü dünya müharibəsinə gətirib çıxarar.  Bu müharibədə isə qalib və məğlub olmayacaq.

“Bayden dəqiq buna getməyəcək, ən azından təhlil edilən perspektivdə. Anacaq amerikalılar Ukraynadan öz maraqları naminə istifadə etməyə davam edəcəklər. Onlar nə vaxt hər hansı bir ölkəyə sərmayə qoyurlarsa və həmin sərmayəni qaytara bilməyəcəklərini hiss edirlərsə, həmin ölkəni axıra kimi sağmağa başlayırlar. Belə hesab edirəm ki, Vaşinqton qarşıdurma siyasətini davam etdirəcək, amma bundan artığına cəsarət etməyəcək. Axı vəziyyətin ciddi şəkildə kəskinləşməsi Avropaya da sirayət edəcək. Bu qitədə isə vəziyyət artıq beş il əvvəl olduğu kimi deyil. Bu vəziyyətdə daha sərt hərəkət etməliyik: heç olmasa keçilməsi yolverilməz olan qırmızı xəttimiz dəqiq müəyyənləşdirməliyik", – deyə Hərbi Elmlər Akademiyasının müxbir üzvü Sergey Sudakov bildirir.

Danışıqlar mövqeyi

Avropa, həqiqətən də, həmin Avropa  deyil. Keçmiş Varşava Müqaviləsinin bir çox ölkələrində və hətta Baltikyanı dövlətlərdə əhalinin bizə münasibəti tədricən dəyişir - ABŞ-a rəhbərlik etmiş şəxslərin bəyanatlarına baxmayaraq, Amerika xalqı get-gedə Rusiyanı özünə daha az təhdid olaraq görür. Vaxt keçir, isteriya böyüyür və "dəhşətli rus tankları" hələ də sərhədi keçməyə tələsmirlər. Köhnə val artıq əvvəlki kimi işləmir. Vaşinqton da bunu yaxşı başa düşür.

“Putinlə Baydenin gözlənilən görüşü ABŞ-ın Qərb dünyasının lideri kimi aşğıdakıları başa düşdüyünü simvolizə edir: yürüdülən siyasəti nə yollasa dəyişdirməyin vaxtı çatıb, çünki artıq nəticə vermir. Aydındır ki, amerikalılar Rusiya ilə bağlı hədəflərindən əl çəkməyəcəklər, amma yəqin ki, iqtisadiyyatda və beynəlxalq əməkdaşlıqda çox şeyə göz yumaraq oynamağa başlayacaqlar. Bu da ABŞ-ın tətbiq etdiyi Rusiya ilə qarşıdurmadan çox şey itirən Avropaya nəfəs almağa imkan verəcək. Vaşinqton üçün dağılmaq üzrə olan alyansda müttəfiqlərini itirməmək vacibdir", – deyə politoloq izah edir.

Bu versiya NATO-nun Ukraynada artan hərbi fəallığı ilə qismən təsdiqlənir – Amerika Birləşmiş Ştatları ənənəvi olaraq Donbasda hər an bir münaqişəyə səbəb ola biləcəyini və bununla da vəziyyəti asanlıqla öz xeyrinə dəyişdirə biləcəyini göstərmək üçün güclü danışıqlar mövqeyi hazırlayır. Qeyd etmək lazımdır ki, amerikalıların da siyasi məsələləri belə metodlarla həll etmək təcrübəsi az deyil.

Xəbər lenti
0