SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlament prezidentə impiçment elan etdi – Albaniyada gərginlik

© AP Photo / Visar KryeziuПрезидент Албании Илир Мета, фото из архива
Президент Албании Илир Мета, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Balkanlarda yerləşən keçmiş sosialist respublikasında hadisələr günü-gündən çıxılmaz məcraya daxil olur.

BAKI, 10 iyun — Sputnik. Albaniya parlamenti ölkə Konstitusiyasını pozduğuna görə prezident İlar Metaya impiçment elan edib və onu tutduğu vəzifədən azad edib. Bu barədə Sputnik Azərbaycan "Associated Press"-ə istinadən xəbər verir.

Belə ki, prezidentə impiçment elan olunmasının lehinə parlamentin 104 üzvü, əleyhinə isə 7 nəfər səs verib. İndi üç ay ərzində onun bu qərarını Albaniyanın Konstitusiya Məhkəməsi təsdiqləməlidir.

Bildirilir ki, parlament araşdırması nəticəsində məlum olub ki, Meta bu ilin aprel ayında seçki kampaniyası zamanı hakim Sosial partiyaya qarşı "qərəzli yanaşaraq" konstitusiyanı pozub və onu ölkədə qeyri-sabitliyi və şiddəti təhrik etməklə yanaşı, müxalifətlə yaxınlaşmaqda günahkar bilib.

İmpiçment proseduru sosialistlərin lideri və Albaniyanın hazırkı Baş naziri Edi Rama tərəfindən başladılıb.

“İlir Meta Albaniya Respublikasının Konstitusiyasını tapdalayıb, milli birliyin zəmanəti olan institutu dağıdıb. Parlament demokratiyamızda güc bölgüsünün etik xəttini keçdi. İlir Meta Amerika Birləşmiş Ştatları ilə xüsusi əlaqələr quraraq Albaniya və Alban xalqını şərəfsizləşdirdi. Bu adam Albaniyanın dünya qarşısında nüfuzunu alt-üst etdi” - Rama deyib.

Meta özü isə araşdırmanı və impiçment prosesini tənqid edib, onları qanunsuz adlandırıb.

Xəbər lenti
0