Zavodda vulkan kimi yanğında bir nəfər xəsarət aldı

© AFP 2023 / ATTA KENAREİranda təcili tibbi yardım maşını, arxiv şəkli
İranda təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2021
Abunə olmaq
Zərənd poladəritmə zavodu 2021-ci ilin yanvar ayında ABŞ tərəfindən sanksiya tətbiq olunan şirkətə məxsusdur.

BAKI, 6 iyun — Sputnik. İranın Kirman vilayətindəki Zərənd poladəritmə zavodunda güclü yanğın baş verib.

Sputnik Azərbaycan Zərənd şəhərinin meri Əli Sadıqzadənin verdiyi xəbərə istinadla bildirir ki, bu gün səhər saatlarında zavodun kürəsində temperaturun yüksəlməsi püskürməyə səbəb olub və ərimiş polad ətrafa dağılıb. Yanğın zavodun daxilindəki sexdə başlayıb və tez-bir zamanda yayılıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları gəlib. Yanğını söndürülüb, 1 nəfər isə yaralanıb.

Qeyd etmək lazımdır ki, Zərənd poladəritmə zavodu İranın ağır sənayesinin iri müəssisələrindən biridir. Zərənd poladəritmə zavodu 2021-ci ilin yanvar ayında ABŞ tərəfindən sanksiya tətbiq olunan şirkətə məxsusdur.

Xatırladaq ki, son bir həftə ərzində İranda Tehran neft emalı zavodunda, Xark gəmisində və bir neçə önəmli sənaye obyektlərində yanğın hadisələri baş verib. Tehranda neft emalı zavodundakı yanğın nəticəsində 11 nəfər yaralanmışdı.

Eləcə də oxuyun:

  • Tehran Neft Emalı Zavodunda yanğın olub, 11 yaralı - FOTO

  •  

    İranda güclü zəlzələ olub

Xəbər lenti
0