19:24 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
DÜNYA
Qısa URL
12

Ötən günlərdə də İranda 4.6 bal gücündə zəlzələ olmuşdu. Bu gün baş verən zəlzələ İlam əyalətində qeydə alınıb.

 

BAKI, 6 iyun — Sputnik. İranda güclü zəlzələ olub.

Sputnik Azərbaycan İranın "Mehr" xəbər agentliyinə istinadla xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, İranın İlam əyalətinin cənubunda yerləşən Salehabad şəhərində 5.2 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla 09:24-də baş verən zəlzələnin episentrinin yerin 9 kilometr dərinliyində olduğu bildirilib.

Zəlzələ nəticəsində dağıntılar və yaralılar barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, iyunun 2-də də İranın Kerman əyalətinin Ravər qəsəbəsində 4.6 bal gücündə zəlzələ olub. Yerin 13 km dərinliyində baş verən zəlzələ nəticəsində dağıntılar və yaralılar barədə məlumat verilməyib.

Eləcə də oxuyun:

  • Ölkəyə zəlzələləri qeydə alan yeni cihazlar gətirilib - Artıq qorxmaya bilərik?

  •  Ətrafımızdakı təhlükə: Bakıda binaların zəlzələyə davamlılığı öyrənilmir

  •  Gürcüstanda zəlzələ olub

Teqlər:
zəlzələ, İran

Əsas mövzular