Kim Çen In uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

© AFP 2023 / STRЛидер КНДР Ким Чен Ын, фото из архива
Лидер КНДР Ким Чен Ын, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.06.2021
Abunə olmaq
Koreya Xalq Demokratik Respublikasının lideri sonuncu dəfə haradasa bir ay əvvəl insanların qarşısında görünmüşdü.

BAKI, 5 iyun — Sputnik. Şimali Koreya lideri Kim Çen In KXDR Əmək partiyasının Siyasi bürosunun səkkizinci çağırış birinci iclasında sədrlik edib. İclasda iyunun ilk dekadasında partiya MK-nın plenumunu keçirmək barədə qərar qəbul olunub. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu iclasda iştirak mayın 6-dan sonra Kim Çen Inın ictimaiyyət qarşısında ilk görünməsi olub.

Daha öncə Cənubi Koreyanın Birləşmə nazirliyi bildirib ki, hazırkı ortalıqda olmama dövrü Şimali Koreya liderinin 2021-ci ilin əvvəlindən ictimaiyyət qarşısında ən uzunmüddətli görünməməsi olub.

Xəbər lenti
0