Dövlət Duması ABŞ-ı dilənçi ölkəyə çevirməyin yolunu tapdı

© AP Photo / Charles KrupaДоллары в консервной банке, фото из архива
Доллары в консервной банке, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
"Biz ən azından bu valyutadan asılılığa son qoyarıq. Əgər bizim iqtisadi tərəfdaşlarımız də həmin yolla getsələr, bu, amerikalılar tərəfindən hiss edilən səviyyəyə çatar".

BAKI, 4 iyun — Sputnik. Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov bildirib ki, Rusiyanın dollardan tamamilə imtina etməsi Amerika Birləşmiş Ştatlarının mövqelərinə ağır zərbə olar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, deputat dolları dünyanın ən təminatsız valyutası adlandıraraq ondan imtina prosesini sürətləndirməyi təklif edib.

"Biz ən azından bu valyutadan asılılığa son qoyarıq. Əgər bizim iqtisadi tərəfdaşlarımız də həmin yolla getsələr, bu, amerikalılar tərəfindən hiss edilən səviyyəyə çatar", – deyə Milonov vurğulayıb. Deputatın sözlərinə görə, beynəlxalq ödəmələrdə dollardan istifadəyə son qoyulan kimi ABŞ dünyanın ən yoxsul ölkəsinə çevriləcək.

Rusiya hakimiyyəti dəfələrlə vurğulayıb ki, ABŞ sanksiya siyasəti ilə dollara olan etibara zərbə vurur, özünün milli borcuna yatırımı azaldır, xarici ticarətin rubl və digər valyutalarla aparılmasına keçidi sürətləndirir.

Bir qədər bundan əvvəl Rusiyanın Maliyyə Nazirliyi bildirmişdi ki, qurum bir ay ərzində dolların payını sıfırlayaraq Milli Sərvət Fondunun strukturunu əhəmiyyətli dərəcədə dəyişdirəcək. Amerika valyutasını avro, qızıl və yuan əvəzləyəcək. Beləliklə, yatırımlarda avronun payı 40%, yuan – 30%, qızıl – 20%, Böyük Britaniya funtu və Yapon yeni isə müvafiq olar 5% olacaq.

Xəbər lenti
0