Baydenin nitq xətaları və ya gülüş doğuran açıqlamalar

© AP Photo / Andrew HarnikДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Özünü bir dəfə "səhv addımlar maşını" adlandıran Bayden bu adı doğrultmaqdan yorulmur. Rusiya-ABŞ sammiti ərəfəsində Sputnik Azərbaycan amerikalı siyasətçinin öz çıxışlarında hansı gurultulu nitq xətalarına və gülünc ifadələrə yol verdiyini yada salır.

BAKI, 4 iyun — Sputnik. Rusiya-ABŞ zirvə görüşünün iyunun 16-da Cenevrədə keçirilməsi planlaşdırılır. Vladimir Putin və Co Baydenin Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini, strateji təhlükəsizlik problemlərini, habelə aktual beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.

Bu, Baydenin ABŞ prezidenti kürsüsünə oturmasından bəri iki dövlət başçısı arasında baş tutacaq ilk görüş olmalıdır. Cenevrə səfəri həm də Rusiya prezidentinin 2020-ci ildə İsrail və Fələstinə səfərindən sonra xaricə ilk səyahəti olacaq.

Amerikalı prezidentin gülüş doğuran nitq xətalarına dırnaqarası məhəbbətini nəzərə alsaq, ehtimal etmək olar ki, Putinlə görüş də bu cür xətalarsız ötüşməyəcək. Qeyd edək ki, Bayden həmin xətalarına görə özünü "səhv addımlar maşını" adlandırıb.

Sammit ərəfəsində Sputnik Azərbaycan amerikalı siyasətçinin öz çıxışlarında hansı gurultulu nitq xətalarına və gülünc ifadələrə yol verdiyini yada salır.

Pandemiya müvazinətdən çıxarıb

İyunun 2-də ABŞ prezidenti koronavirusla mübarizə və peyvəndləməyə həsr olunmuş nitqində bildirib ki, ilin əvvəlindən "ötən 15 ay ərzində" yoluxmaların sayı xeyli azalıb: "Yanvarın 20-dən bəri, yəni təqribən 15 ay ərzində, sutka ərzində yoluxanların orta sayı 184000-dən 19000 nəfərə düşüb". Ağ Ev prezidentin nitqini düzəlişlə dərc edib: "15" ədədi pozulub və yanında mötərizədə "5" rəqəmi dayanıb.

ABŞ prezidentinin pandemiya və peyvəndləmə mövzusunda bəxti qətiyyən gətirmir. Ötən ay o, peyvəndləmə ilə vəziyyətin gərginləşməsi ifadələrini səhv salıb, 2020-ci ilin mayında keçirilmiş onlayn formatlı dəyirmi masada isə ABŞ-da COVID-19 virusundan milyonlarla insanın həlak olduğunu deyib. Halbuki, həmin vaxt bu xəstəlikdən ölkədə 85000 insan həlak olmuşdu. Sonradan məlum oldu ki, Bayden ölənlərlə pandemiya üzündən işsiz qalmış vətəndaşların sayını səhv salıb.

Lakin amerikalı lider bununla kifayətlənməyib və bir neçə ay sonra amerikalıları COVID-19 virusundan 200 milyon insanın həlak olacağı barədə bəyanatla heyrətləndirib. Birləşmiş Ştatlarda 328 milyon insanın yaşadığını nəzərə alsaq, Baydenin sözlərinə görə, ölkə əhalisinin demək olar ki, 2/3-si həlak olmalı idi. Prezidentin həmin vaxt nə demək istədiyi hələ də məlum deyil.

İrqçi bəyanatlar

Corc Floydun ölümündən sonra "Black Lives Matter" hərəkatının etirazları zamanı da amerikalı prezident qalmaqallı açıqlamalar verib. O deyib ki, Trampı dəstəkləyən afroamerikalıların özlərini "qara" adlandırmaq haqqı yoxdur: "Əgər siz mənə, yaxud Trampa səs verməkdə hələ də tərəddüd edirsinizsə, - siz həqiqi qaradərili deyilsiniz!" Bu sözlərə görə son nəticədə üzr istəmək lazım gəldi.

Düzdür, Bayden 2020-ci ildən əvvəl də özünün irqçi nitq xətaları ilə məşhur olub. Belə ki, 2007-ci ildə, Barak Obama barədə danışarkən, Bayden o vaxtkı prezidenti "təmiz, parlaq görünən və xoş təəssürat bağışlayan, habelə fikirlərini aydın ifadə edə bilən" ilk məşhur afroamerikalı adlandırıb.

2019-cu ildə isə Asiya və Latın Amerikası mənşəli seçicilər qarşısında çıxış edərkən, o bildirib ki, "yazıq uşaqlar elə ağ uşaqlar qədər nurlu və istedadlıdırlar".

Hara seçildiyini yaddan çıxarıb

Bunların hamısı bir yana, lakin 2020-ci ilin oktyabrında ABŞ prezidenti hara seçildiyini də yada sala bilməyib. Hansısa məqamda o birdən-birə senator vəzifəsinə namizədliyini irəli sürdüyünü bildirib: "Biz hamımız birləşməliyik. Ona görə də mən fəxrlə demokratlar adından senata namizədliyimi irəli sürürəm".

Daha sonra, müəyyən vaxt keçdikdən sonra isə, ümumiyyətlə vitse-prezident vəzifəsini tutmalı olan Kamala Harrisi lider adlandırıb. Düzdür, ekspertlər hesab edirlər ki, bu məsələdə siyasətçi həqiqətdən o qədər də uzaqlaşmayıb – Baydenin yaş və fiziki imkanlarını nəzərə alaraq Harris həqiqətən də yaxın gələcəkdə dövlət başçısı kürsüsünə otura bilər.

Yaddaşı pozulub

Ümid ona qalır ki, Putinlə görüşdə Bayden sonradan üzr istəməli olacağı bəyanatlar verməyəcək. Amma amerikalı liderin ahıl yaşda olmasını və onun xəstəlikləri barədə məlumatları nəzərə alsaq, inanmaq istərdik ki, Bayden heç olmasa həmkarının adını səhv salmayacaq.

Belə ki, prezident seçkilərində hazırkı dövlət başçısı əsas rəqibi olan Donald Trampın adını səhv salıb: Ölkəmiz nəyə çevriləcək? Əgər Corc daha dörd il hakimiyyətdə olsa... Əgər Tramp yenidən seçilsə, biz başqa bir dünyaya düşəcəyik", - deyə Bayden seçkiqabağı onlayn tədbirlərdən birində deyib.

Düzdür, ABŞ KİV-ləri o zaman Baydenin Trampı başqa bir eks-prezidentlə - Corc Buşla səhv sala biləcəyini bildiriblər. Lakin bu, hazırkı prezidenti gülünclükdən qurtara bilmədi, Tramp isə ümumiyyətlə öz rəqibini "yuxulu Co" adlandırdı.

Eləcə də oxuyun:

  • Kreml Putinlə Baydenin görüşü haqda: Belarus da daxil olmaqla...

  •  Putinlə Baydenin görüşünə xələl gətirəcək qərar

  •  Politoloq: “Bayden-Putin dialoqundan gözləntilər böyükdür”

  • Tramp: "Videoya baxıb anladım ki, uduzmamışam"

  •  Bayden eyni vaxtda Trampın yeddi fərmanını ləğv edib

Xəbər lenti
0