23:09 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
446

"Bu, Ermənistan Konstitusiyasının tələblərinin pozulmasıdır. Konstitusiyaya əsasən, son 4 ildə Ermənistan vətəndaşı olan şəxsin namizədliyi seçkili orqanlara irəli sürülə bilər"

BAKI, 3 iyun - Sputnik. Ermənistan Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizəd göstərilən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb.

Report "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu məlumatı Emənistanın Seçkilərə Nəzarət Komitəsi yayıb. 

"Seçkilərə Nəzarət Komitəsinin internetdə apardığı monitorinq nəticəsində Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizədliyi irəli sürülən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb. Bu, Ermənistan Konstitusiyasının tələblərinin pozulmasıdır. Konstitusiyaya əsasən, son 4 ildə Ermənistan vətəndaşı olan şəxsin namizədliyi seçkili orqanlara irəli sürülə bilər”, - komitədən bildirilib.

Tiqran Davudyana İran İslam Respublikası vətəndaşlığından çıxmasına dair sənədin surətini təqdim etmək məsləhət görülüb.

Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Vətəndaş Razılaşması Partiyasının qurucusudur.

İyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçiriləcək.

 

Əsas mövzular